Qırmızı.az
Bakı Ali Neft Məktəbində həmkarlar təşkilatı yaradılıb
Bakı Ali Neft Məktəbində Həmkarlar İttifaqı təşkilatının təsis konfransı keçirilib.
Publika.az xəbər verir ki, konfransda Bakı Ali Neft Məktəbinin (BANM) rəhbərliyi, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Ali Məktəbin professor - müəllim heyəti və tələbələri iştirak ediblər.
Konfransı açan BANM-in rektoru Elmar Qasımov Ali Məktəbdə Həmkarlar İttifaqı təşkilatının yaranmasının əhəmiyyətindən və zərurətindən danışıb. O , Azərbaycanda ilk həmkarlar təşkilatının yaranması da məhz neft sənayesi ilə bağlı olduğunu bildirib.
Rektor neft-qaz sənayəsində çalışanların əməyinin ağır olduğunu diqqətə çatdıraraq, hələ 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən Azərbaycanda neftçilərinin hüquqlarının müdafiəsi üçün ilk Həmkarlar İttifaqının təsis edildiyini bildirib. E.Qasımov həmkarlar ittifaqlarının istehsal və qeyri-istehsal sahələrində çalışan işçilərin, təqaüdçülərin və təhsil alan şəxslərin əmək, sosial hüquqlarını və mənafelərini müdafiə edən, müstəqil ictimai və qeyri-siyasi təşkilat olduğunu qeyd edib.
Rektor BANM əməkdaşların və tələbələrin nümayəndələrindən ibarət olan vahid Həmkarlar İttifaqı Komitəsinin yaradılmasının onların yuxarıda qeyd edilən istiqamətlərdə fəaliyyətinin əməkdaşların və tələbələrin ictimai-sosial və mədəni həyatına yeni məzmun gətirəcəyini bildirib.
Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev çıxış edərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və istiqamətləri barədə məlumat verib. Sonda BANM-in yeni yaradılan Həmkarlar İttifaqı təşkilatının təsis konfransının nümayəndələri səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin üzvlərini seçiblər. Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO