Nida.az
Elmar Məmmədyarov ukraynalı deputatlarla görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Ali Radasının Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyətini qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, E.Məmmədyarov parlamentlərarası
əlaqələrin vacibliyini vurğulayaraq, bu səfərin ölkələrimiz
arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Azərbaycan ilə Ukrayna arasında yaxın tərəfdaşlıq münasibətlərinin
olduğunu qeyd edən nazir hər iki ölkənin beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığını və qarşılıqlı dəstəyini diqqətə
çatdırıb.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Roman Nəsirov Azərbaycan ilə əlaqələrin inkişafına
əhəmiyyət verdiklərini və səfər çərçivəsində məhsuldar görüşlərin
keçirildiyini vurğulayıb. O, Azərbaycan ilə müxtəlif sahələrdə
təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını
bildirib.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında kənd təsərrüfatı, sənaye,
mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə
olunub və əlaqələrin daha da inkişafı baxımından hökümətlərarası
müştərək komissiyanın əhəmiyyəti vurğulanıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR