Qırmızı.az
Bakıda dəhşətli qəza: ölən var - FOTO
Bakının Dərnəgül şosesində ağır yol nəqliyyat hadisəsi
baş verib, 10 maşın bir-birilə toqquşub, ölən var.
Saat 23 radələrində Dərnəgül şossesinin Nərimanov rayonuna aid
ərazisində 02 BL 304 dövlət nömrə nişanlı “Lifan” markalı maşınla
90 LN 425 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Bu zaman
arxadan sürətlə gələn 99 GK 743 dövlət nömrə nişanlı “Daevo Gentra”
və 90 SR 038 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil də
onlara çırpılıb.
Şossedə sürətlə hərəkət edən 90 LH 816 dövlət nömrə nişanlı
“Mitsubishi” markalı avtomobil də qəza törətmiş digər avtomobillərə
çırpılıb.
Sürətlə gələn 90 JN 260 dövlət nömrə nişanlı “MAZ” da qəza törətmiş
avtomobillərə çırpılıb. Şossedə hərəkətdə olan 10 ZE 823 dövlət
nömrə nişanlı “KAMAZ” isə “MAZ”a çırpılıb.
“KAMAZ”ın sürücüsü dərhal hadisə yerində ölüb.
“KAMAZ”ın çırpıldığı “MAZ” isə zərbənin təsirindən yolda hərəkətdə
olan 10 HB 688 dövlət nömrə nişanlı “VAZ 2107”ə, o da öz növbəsində
90 EN 793 dövlət nömrə nişanlı “Mercedes”ə çırpılıb. “Mercedes” isə
90 LP 329 “Shevrolet Aveo” ilə toqquşub.
Hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir.
Magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Hadisə nəticəsində bir nəfər ölüb, ağır xəsarət alan
olmayıb./APA/
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq