Qırmızı.az
Bakıda rəis müavini içkili vəziyyətdə saxlanıldı
Bakıda rəis müavini sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün polislər tərəfindən saxlanılıb.
Report-un məlumatına görə, hadisə bir neçə gün əvvəl Bakı-Quba yolunda qeydə alınıb.
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin (PB) rəis müavini polis polkovnik-leytenantı Şərifov Rafiq Vaqif oğlunun idarə etdiyi 90 BZ 455 dövlət qeydiyyat nişanlı "Land Rover" markalı avtomobillə kobud qayda pozuntusuna yol verdiyi üçün yol polisləri ona "Saxla!" əmri verib. Lakin rəis müavini yol polislərinə tabesizlik göstərərək maşını saxlamayıb. Saray qəsəbəsi ərazisindəki postda isə R.Şərifovu polislər məcburi qaydada saxlayaraq Abşeron Rayon Polis İdarəsinə (RPİ) gətirib.
R.Şərifov barəsində idarədə toplanan materiallar isə artıq Daxili İşlər Nazirliyinə (DİN) göndərilib.
Hazırda rəis müavini barəsində DİN-in Daxili Təhqiqat İdarəsində araşdırma aparılır. Bu araşdırmaların yekununa qədər isə R.Şərifova 38-ci PB-də işə çıxmaq qadağan edilib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR