Nida.az
Otto Hauzera: “Almaniya Azərbaycana siyasi dəstək verməlidir”
Almaniyanın “Top Magazin” diplomatik jurnalında son illər Azərbaycan və Almaniya Federativ Respublikası arasında münasibətlərin inkişafına həsr olunmuş məqalə dərc olunub.
Publika.az xəbər verir ki, iki ölkə arasındakı
iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi qeyd olunan məqalədə
alman şirkətlərinin aktiv şəkildə Azərbaycana investisiya qoyduğu
və onlar üçün yaxşı şəraitin yaradıldığı deyilir.
“İkitərəfli münasibətlərdə pozitiv dinamikaya baxmayaraq, Almaniya
Azərbaycanla bağlı siyasətində daha aktiv olmalıdır. Nəzərə
almalıyıq ki, Azərbaycan Almaniya neftinin təchizatında altıncı
yerdə qərarlaşır. AFR-in energetika müstəqilliyinə verilən bu mühüm
töhfəni biz sadəcə “təşəkkürlə” məhdudlaşdırmamalıyıq. Azərbaycana
siyasi dəstək vermək lazımdır”, - deyə məqalənin müəllifi Otto
Hauzera bildirir.
Müəllifin fikrincə, Almaniya və Avropa Birliyi Ermənistanın
qanunsuz şəkildə işğal etdiyi Dağlıq Qarabağ münaqişəsi ilə yüksək
səviyyədə məşğul olması vacib amildir: “2020-ci ildən başlayaraq 20
milyard kubmetr Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya
gətiriləcək. Bu boru kəməri regionun yanından keçəcək və Berlinin
Azərbaycana dəstək verməsi üçün aydın siqnaldır”.
O. Hauzera hesab edir ki, ikitərəfli münasibətlərdə təhsil də
önəmli rol oynayır. Onun fikrincə, bu sfera üzrə əməkdaşlıq da
gücləndirilməlidir.
Asif Nərimanlı
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO