Nadirdən xanımına növbəti sevgi etirafı...
Bizi izləyin

Magazin1

Nadirdən xanımına növbəti sevgi etirafı...

Ötən il həyat yoldaşına konsert verən müğənni Nadir Qafarzadə evliliklərinin 23 illiyi münasibəti ilə xanımına növbəti sürpriz hazırlayıb. Publika.az-a açıqlama verən müğənni deyib ki, o, xanımının şərəfinə “Sevincim” adlı mahnı ifa edib: “Bu, sadəcə, bir sevgi etirafıdır. Təxminən 3-4 dəqiqəlik mahnıda keçdiyimiz həyat yoluna nəzər salmışam. İndi bir çoxları deyəcək ki, Nadir həyat yoldaşı ilə gündəmə gəlir. Bu, sadəcə, mənim xanımıma verdiyim sevgi, hörmət və dəyərdi. Kim necə fikirləşir, fikirləşsin. Düşünürəm ki, hər kişi öz xanımına dəyər verməlidir. Mən də müğənniyəm. Öz sevgi etirafımı ona musiqilərimlə bildirirəm. Kimsə düşünməsin ki, bu, gündəm, reklam üçündür. Mənim reklama ehtiyacım yoxdur. Sadəcə, 23 illik həyat yoldaşıma, uşaqlarımın anasına təqdim edəcəyim növbəti hədiyyədir. Mahnının sözlərində də bir məna var. “Sevincim” adlı bəstənin sözləri Altay Yaşara, musiqisi isə Fərid Kərimliyə məxsusdur. Düşünürəm ki, ifa etdiyim bu mahnının mənim həyatımda ayrı yeri olacaq ”.


Qeyd edək ki, N.Qafarzadə 2014-ci il iyulun 6-da Yaşıl Teatrda həyat yoldaşına “Həyatımsan ömrüm qədər” adlı konsert vermişdi.

İsa Şükürov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm