Ulu öndərə həsr olunan mahnıların top 10-ğu - Videokliplər
Bizi izləyin

Tabloid.az

Ulu öndərə həsr olunan mahnıların top 10-ğu - Videokliplər

Tabloid.az ulu öndər Heydər Əliyevə həsr olunmuş ən yaxşı mahnıların TOP 10-luğunu təqdim edir.

Heydər Əliyevin dahi şəxsiyyət olması artıq aksiomadır. Məhz bu cür dahi şəxsiyyətlər hər zaman vəsf olunur, onların şərəfinə mahnılar, şeirlər yazılır. Tabloid.az ulu öndər Heydər Əliyevə həsr olunmuş ən yaxşı mahnıların TOP 10-luğunu təqdim edir.

Xalq artisti Aygün Kazımova və İlqar Muradovun ifa etdiyi “Xatirələr”, daha çox “Elegiya” adı ilə tanınır. Mahnının sözləri İkram Əliyevə, musiqisi isə Eldar Mansurova aiddir.

Xalq artisti Faiq Ağayevin “Dahi” mahnısı da Heydər Əliyevə həsr olunmuş ən gözəl bəstələrdən biridir. Mahnının söz və musiqisi Xanım İsmayılqızına aiddir.

Xalq artisti Ağadadaş Ağayevin “Sən elə bir zirvəsən” əsəri də ulu öndərə həsr olunmuş ən təsirli əsərlərdən biridir. Mahnının musiqisi Kamala, sözləri isə Baba Vəziroğluna aiddir.

Müğənni Roza Zərgərlinin də “Ulu öndər” əsəri həm bəstəsi, həm də klipi baxımından bir yenilik olub. İlk dəfə olaraq bu klipdə şəkillərdən 3D formatda istifadə olunub. Mahnının sözləri Sənan Raufoğluna, musiqisi isə Roza Zərgərlinin özünə aiddir.

Bilal Əliyevin ifa etdiyi “Heydər ata” əsəri də ən sevilən ifalar sırasındadır. Müğənni geniş səs diapazonu ilə mahnını daha da təsirli etməyi bacarıb. Mahnının musiqisi İlham Abdullayevə, sözləri isə Ramiz Duyğuna, Fəxrəddin Əliyə və İlqar Dağlaroğluna aiddir.

Xalq artisti Brilliant Dadaşovanın özünəməxsus tərzdə ifa etdiyi “Ata” əsəri də Heydər Əliyevə həsr olunmuş ən gözəl ifalardandır. Mahnının musiqisi İsgəndərə, sözləri isə Vahid Əzizə aiddir. Xalq artisti mahnını simfonik orkestrin müşayiəti ilə birgə ifa edib. Mahnını müğənni Uşaq Xor Kapellası ilə birgə ifa edib.

Xalq artisti Nisə Qasımova da müəllifi Tural Bayraməliyev olan “Xalqımızın qəlbindəsən” adlı mahnını ulu öndərə həsr edib.

Gülyaz və Gülyanaq Məmmədova bacıları da Heydər Əliyevin ölməz xatirəsinə həsr olunmuş mahnı ifa ediblər. Mahnının sözləri Fuad İbrahimova, musiqisi isə Tural Bayraməliyevə aiddir.

Türkiyənin iki məşhur müğənnisi Mustafa Ceceli və Hadisənin xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi “Sən elə bir zirvəsən” mahnısını ifa etməsi də çox bəyənilmişdi.

Bu gün isə ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə daha bir mahnı həsr olunub. Əməkdar artist Almaz Ələsgərli “Ulu öndər” adlı mahnısını məhz bu gün, Heydər Əliyevin anım günü təqdim edib. Mahnının sözləri və musiqisi Tural Bayraməliyevə aiddir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm