Magazin1
Elnur Hüseynov: "Bütün Türk dünyasını təmsil edəcəm" - VİDEO
“Mən bu ilki Eurovision yarışmasında tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyəm”.
Publika.az-ın məlumatına görə, bunu Eurovision-2015 Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edəcək Elnur Hüseynov Türkiyənin TV8 kanalında yayımlanan “Aramızda kalmasın”proqramına müsahibəsində deyib.
Elnur Hüseynov builki yarışmada Türkiyə iştirak etməyəcəyinə görə, Eurovision yarışmasında tək Azərbaycanı yox, bütün türk dünyasını təmsil edəcəyini deyib.
Müğənni müsabiqədə oxuyacağı “Hour Of The Wolf” (“Qurdun zamanı”) mahnısının insanların, heyvanların öldürülməsinə qarşı olduğunu, dünyadakı problemlərdən bəhs etdiyini bildirib.
Jurnalist Elnur Hüseynova niyə yırtıq cins geyməsi, saqqalının rəngi haqqında da suallar verib:
- “O Ses Türkiyədən pulunu aldın? Bu nə vəziyyətdir, yırtıq-filan…
- Məndə bir milyonlar da olsa belə geyinəcəyəm. Çünki mən parlaq şeyləri sevmirəm.
- Amma bu çox yırtıqdır.
- Çünki hava istidir.
- Saqqalının rəngi orijinaldır?
- Orijinaldır. Allah vergisi.
- Saç tünd, saqqal açıq.. Ailədə kimə bənzəmisiniz?
- Mən atamın anasına çox bənzəyirəm.
Elnur Hüseynov “O Səs Türkiyə” yarışmasının qalibi olandan sonra küçədə adamların ona olan marağının artdığını da deyib:
“Çox insanlar gəlirlər, “Elnurcuum, sənətçimiz, səni sevirik” deyirlər. Müğənni müsabiqədə çoxlu insanlar tanıdığını, dostlar qazandığını deyib.
Daha ətraflı videoda:
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO