Magazin1
Röya Səidə Sultanın atasına, nənəsinə niyə yalvarıb?
“Əsl şou” verilişində qonaq olan müğənni Röya mahnı ifa edərkən əsas sözlərə önəm verdiyini bildirib.
“Mahnı seçərkən əsas sözə fikir verirəm. Mən elə də möhtəşəm ifaçı deyiləm. Mən bunu başa düşürəm. Mən sözləri içimdə çeynəyib çatdıra bildiyim üçün bu gün varam”.
Səidə Sultanın aparıcılıq etdiyi verilişdə qonaq olan Röyaya Səidə özünün ifaçılığa başlamağında Röyanın əməyinin böyük olduğunu da xatırladıb. Publika.az xəbər verir ki, bu sözlərdən sonra isə Röya həmkarının evinə gedərək oxuması üçün böyüklərindən icazə aldığından danışıb.
“Getdim Səidəgilə o qədər yalvar-yaxış etdim ki, icazə verin. Çünki Vaqif Gərayzadə ilə iş birliyini donduranda dedi ki, sən elə belə gedə bilməzsən. Yerinə adam gəlməlidir. Dostlarımdan biri mənə Səidənin hansısa klubda oxuduğunu söylədi. Getdim axşam Səidəyə qulaq asmağa. Və dedim artıq mən qrupdan rahat gedə bilərəm. Mənim yerimə gələ biləcək Səidədir. Səidəyə deyəndə razılaşmadı. Bildirdi ki, mənim oxumağımı evdə bilmirlər. Burada gəlib gizlin oxuyub gedirəm. Səhnədə oxumağıma da evdə icazə vermirlər. Gecə getdim Səidəgilə. Atasına, nənəsinə o ki var yalvardım. İndi də buna peşman deyiləm”.
Qeyd edək ki, “Əsl şou” həftə içi 5 gün saat 11:00-da teleaaparıcı Novruz İsmayıl və müğənni Səidə Sultanın təqdimatında “Space” telekanalında yayımlanır.
İsa Şükürov
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu