Şəhər sakinləri küçəyə pijamada çıxacaq - FOTO
Bizi izləyin

Bilgi.az

Şəhər sakinləri küçəyə pijamada çıxacaq - FOTO

Paytaxt qeyri-adi bir tədbirə hazırlaşır. Tədbirin ən maraqlı tərəfi isə bura gələcək qonaqların geyimidir. Belə ki, ancaq pijama geyinən insanlar "dress-code"dan keçərək məkana daxil ola biləcəklər.

Təşkilatçılar belə bir tədbirin keçirilməsində məqsədin, insanları komplekslərindən uzaqlaşdırmaq və gənclər arasında klub mədəniyyətini inkişaf etdirmək olduğunu deyirlər. Pijama mərasimə gələnləri isə xüsusi sürprizlər gözləyir. Ən maraqlı pijama geyinən şəxslərə hədiyyə təqdim olunacaq.

Həmçinin, evdən pijama ilə çıxmaqdan utananlar isə, tədbirin keçiriləcəyi məkana gələrək öz pijamalarını burada geyinə bilərlər. Şəhərin ən prestijli klubların birində keçiriləcək "Pijama Party"-yə maraq həddindən artıq çoxdur. Axşam saat 21:00- dan gecə saat 02:00-a kimi davam edəcək Party-nin sonu isə xüsusilə maraqlı və qeyri adi olacaq. Tədbirin iştirakçıları arasında yastıq savaşı təşkil olunacaq. Təşkilatçılar bunu bir ilk adlandırır və hər kəsi mayın 15-də pijama mərasiminə qatılmağa dəvət edir. Bu mərasim ancaq kompleksiz insanlar üçündür.

Qeyd edək ki, tədbirə gəlmək üçün bilet almaq tələb olunmur. Giriş pulsuzdur.

Ətraflı məlumat bu linkdə.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm