Qırmızı.az
Hacıbala Abutalıbov: Bakıda hələ çox həbslər olacaq
Binəqədi rayonunda yanan bina ilə bağlı hələ çox həbslər olacaq.
ANS-in məlumatına görə, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün vətəndaşlarla görüşündə deyib. Abutalıbov bildirib ki, bu xəmir hələ çox su aparacaq.
"Yanan binada istifadə olunmuş materialdan Türkiyə, Rusiya və bir sıra ölkələrdə istifadə olunur. Bu üzlük 546 dərəcədə əriməlidir. Üzlüyün odadavamlı olması üçün onun tərkibinə xüsusi maddə vurulur. Qazanc əldə etmək məqsədilə "Global Construction" üzlüyə həmin maddəni vurmayıb. Bundan başqa sözügedən üzlük istifadə olunarkən binanın divarına yapışdırılmalıdır. Bakıda bir çox binalarda isə belə edilməyib. Binanın divarı ilə üzlük arasında boşluq qoyulurdu. Bina alovlananda isə hava bu boşluqdan alovu baca kimi yuxarıya doğru çəkib. Bu da alovun sürətlə yayılmasına səbəb olub", - deyə mer bildirib.
Abutalıbovun sözlərinə görə, sakinlərə ödənilən kompensasiya binanın yanmasında günahkar olan şirkətlərdən cərimə ilə alınan vəsait hesabına ödənilir.
20 bina yanacaqdı
Bakı meri həmçinin deyib ki, Xətaidə baş verən yanğından sonra
şirkətlərə məktub göndərilərək tezalışan üzlük materiallardan
istifadəni dayandırmaq tələb olunub.
Mer bildirib ki, əgər onda tədbir görülməsə idi, indi bir yox, 20
bina yanardı.
"İndi əsas təhlükə 64 binadadır. Bütün binalardan təhlukəli
üzlüklər söküləcək. İlk olaraq 9-16 mərtəbəli binalar söküləcək.
Daha sonra digərləri. İyunun 5-nə kimi bütün işlər başa çatacaq”, -
deyə Hacıbala Abutalıbov bildirib.
Qeyd edək ki, mer bu gün Binəqədi rayonunda yanan binanın
yerləşdiyi ərazidə olub və o, sakinlərlə görüşüb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR