Magazin1
“İlahi oyun” XII Novruz Beynəlxalq Teatr Festivalında
Dövlət Akademik Milli Dram Teatrı Tatarıstanın Kazan şəhərində keçiriləcək Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatrdan Publika.az-a verilən xəbərə görə, 1-5 iyunda Tatarıstanın Kazan şəhərində baş tutacaq festivalda Tatarıstan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Krım-tatar, Türkiyə, Altay, Saxa, Aktau, Çuvaş, Özbəkistan və Başqırdıstanın teatr kollektivləri iştirak edəcək.
Akademik Milli Dram Teatrı festivalda ölkəmizi “Kitabi Dədəm-Qorqud” eposunun “Disrə xan oğlu Buğac” boyunun motivləri əsasında hazırlanmış “İlahi oyun” tamaşası ilə təmsil edəcək.
Türk Xalqlarının XII Novruz Beynəlxalq Teatr Festivalında "Kitabi Dədəm-Qorqud" dastanının müxtəlif boyları əsasında hazırlanan səhnə əsərləri, eləcə də, milli və dünya dramaturgiyası nümunələri əsasında hazırlanan tamaşalar təqdim olunacaq.
“İlahi oyun” tamaşası iyunun 4-də K.Tinçurin adına Tatar Dövlət Dram və Komediya Teatrının səhnəsində nümayiş olunacaq.
Tamaşasının quruluşçu rejissoru Mikayıl Mikayılovdur, tamaşada əməkdar artistlər Vidadi Həsənov, Pərviz Məmmədrzayev, aktyorlar Nigar Güləhmədova və Novruz Novruzlu çıxış edəcək.
Cəvahir
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR