Nida.az
Ermənistan televiziyası da “Bakı 2015”-i yayımlayacaq
Ermənistan televiziyası Bakı 2015 I Avropa Oyunlarını canlı yayımlayacaq.
Publika.az xəbər verir ki, bu açıqlamanı "EurActiv" nəşrinə müsahibəsində Azərbaycanın gənclər və idman naziri, Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
A.Rəhimov bildirib ki, nə Ermənistan, nə də başqa ölkə "Bakı 2015"-i boykot etmə və ya Oyunlara qatılmama barədə məsələni heç vaxt müzakirə etməyib: "Təqribən 6200 idmançı gələcək. Onları 3000 nümayəndə heyətinin üzvü müşayiət edəcək".
Nazirin sözlərinə görə, idman siyasət deyil. Amma idman tədbirləri xeyli insanın diqqətini cəlb edir:
"Müxtəlif qurumlar, əsasən də qeyri-hökumət təşkilatları müəyyən problemlərə diqqəti cəlb etməyə çalışırlar. Bu, 2014-cü il Soçi Qış, 2008-ci il Pekin və hətta 2012-ci il London Yay Olimpiya Oyunlarına münasibətdə də baş verib.
Londonda binaların dağıdılması, insanların öz evlərindən köçürülməsi ilə bağlı xeyli etiraz aksiyası keçirilib. Deyərdim ki, bunlar normal prosesdir. Amma Oyunları boykot çağırışları ağlasığmazdır. Çünki bu yarış xalqları birləşdirmək üçün çox yaxşı imkandır. Bu, dostluq festivalı, insanların toplaşdığı bayram, sağlam həyat tərzinin təbliğidir".
Qeyd edək ki, Bakı 2015 I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı