Qırmızı.az
Bu gün 28 May Respublika Günüdür
Bu gün 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi
demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasından 97 il ötür.
1917-ci ildə Rusiyada baş verən “fevral inqilabı” nəticəsində Çar
İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı
xalqların milli hərəkatı başlandı. Nəticədə Azərbaycan
müstəqilliyinə qovuşdu. Bu Azərbaycan dövlətçiliyinin ilk
müstəqillik təcrübəsi idi.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq
Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamenmtli respublika
və ilk demokratik, hüquqi, dünyəvi dövlət nümunəsi idi.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və
qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və
qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli
ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər,
beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan
istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin
etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti
təmin etdi.
1918-ci ilin 4 iyun tarixində Azərbaycan Demokratik Respublikasını
rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub.
1918-ci il 9 noyabr tarixində M. Ə. Rəsulzadənin təklifi əsasında
Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul
edildi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının
bayrağı qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb
ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.
Müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin
hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi,
Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər
tərifindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və
1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən
öz müstəqilliyini elan etdi.
28 May – Respublika Günü 1990-cı ildən etibarən dövlət bayramı kimi
qeyd edilir.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO