Adil Əliyev: “Avropa Oyunları müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”
Bizi izləyin

Bakı 2015

Adil Əliyev: “Avropa Oyunları müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”

“İlk Avropa Oyunları idman və müstəqillik tariximizin qürurverici səhifələrindən biri olacaq”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Adil Əliyev bildirib.

Onun sözlərinə görə, artıq iyunda Azərbaycanda böyük idman bayramı gerçəkləşəcək. A.Əliyev deyib ki, birinci Avropa Oyunları Azərbaycanda uğurla təşkil olunacaq: “Belə nəhəng idman tədbirinin ölkəmizdə reallaşması, əlbəttə, hər bir azərbaycanlını sevindirdiyi kimi, məni də qürurlandırır. Bu, böyük tarixi hadisədir. İlk Avropa Oyunları bu qitəni təmsil edən ən say-seçmə idmançıların yarışı olacaq. Hər bir avropalı görməlidir ki, Azərbaycan ermənilərin və onların dəyirmanına su tökən qüvvələrin təqdim etdikləri kimi deyil. Əksinə, Azərbaycan bütün parametrlər üzrə çox ölkələri üstələyən göstəricilərə malikdir. Bir vacib məqamı qeyd etmək istəyirəm. Birinci Avropa Oyunlarının və bundan əvvəlki tədbirlərin Azərbaycanda təşkil edilməsinin xronoloji ardıcıllığına nəzər salsanız, görərsiniz ki, Azərbaycandan fərqli olaraq, bəzi dövlətlər belə məsuliyyətli tədbirlərin təşkilini öz üzərilərinə götürməyə risk etmirlər. Bu, açıq-aşkar Azərbaycanın güclü dövlət olmasına dəlalət edir. Ulu öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafına böyük qayğı göstərirdi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əminəm ki, birinci Avropa Oyunlarında idmançılarımızın qazandığı yüksək nəticələr xalqımızı sevindirəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm