“Tüpürüm sizin partiyanıza” – AXCP-dən daha bir istefa
Bizi izləyin

Nida.az

“Tüpürüm sizin partiyanıza” – AXCP-dən daha bir istefa

AXCP Nəsimi rayon şöbəsinin üzvü Ülkər Kazımova ona qarşı haqsızlıqlara etiraz olaraq partiyadan istefa verib.


Publika.az xəbər verir ki, Ü. Kazımova AXCP üzvü Gülnarə Akifqızının onu şantaj etdiyini bildirib: “Son bir neçə gündür Gülnarə Akifqızının mənə qarşı etdiklərinə görə çox insanlardan iradlar aldım. AXCP-nin rəsmi olaraq Nəsimi şöbəsinin üzvü olsam da iradların hamısını öz əqidədaşlarımdan - cəbhəçilərdən aldım. Biri dedi ki, sənin Gülnarə ilə belə qırğınların partiya adına ləkədir. Biri dedi ki, Əli Kərimlinin nüfuzuna xələl gətirir. Axırda hamısı dedi ki, yalandan AXCP üzvü olmadığımı deyim. Lakin heç biri maraqlanmadı ki, sən bu partiyanın üzvüsən, problemin nədir. Belə çıxır ki, bunları üzvlərin problemi yox, partiyanın adı, xüsusilə də Əli Kərimlinin şəxsi mənafeyi, adı maraqlandırır”.


Daha sonra Ü. Kazımova Əli Kərimliyə sərt şəkildə müraciət edərək partiyadan istefa verdiyini bəyan edib.


O, “Tüpürüm sizin partiyanıza” deyərək, AXCP-ni və Əli Kərimlini şəxsi mənafelərini güdməkdə ittiham edib.


Qeyd edək ki, son günlər AXCP üzvü Gülnarə Akifqızı Ü. Kazımovanın saxta profillər adı altında qeyri-əxlaqi hərəkətlər etdiyini iddia edirdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm