Qırmızı.az
Yol hərəkətinə tətbiq edilmiş məhdudiyyətlərin vaxtı uzadıldı
Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan “Oyunlar zolağı”ndan istifadə həmin ərazidə yerləşdiriləcək yol nişanlarından asılı olacaq.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş
Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
Onun sözlərinə görə, avtomobillər yol nişanlarına və nişanlanma
xətlərinə uyğun olaraq “Oyunlar zolağı”ndan istifadə edə
biləcəklər: “Hansı ərazidə ki zolaqlar üzrə nəqliyyat vasitələrinin
hərəkətini qadağan edən müvafiq yol nişanları yerindədir, həmin
zolaqlarla hərəkət etmək qadağandır və sürücülər bu zolaqlarda
tətbiq edilən qaydalara əməl etməkdə davam etməlidirlər. Əks halda,
qanuna müvafiq qaydada yenə cərimələnəcəklər".
K.Əliyev bununla yanaşı bildirib ki, Bakı 2015 I Avropa
Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş
xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı
Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar
ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin
vaxtı 10 gün müddətinə uzadılıb.
K.Əliyev həmçinin bildirib ki, Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtıda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır və yaxın günlərdə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR