Magazin1
Sabah Amaliya Pənahovanın 70 illik yubileyi keçiriləcək
Sabah Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr və kino xadimi, xalq artisti Amaliya Pənahovanın 70 illik yubileyi münasibətilə təntənəli gecə keçiriləcək.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, “Amaliya Pənahovanın sevgi etirafı” adlı yubiley gecəsində videoçarxların müşayiəti ilə aktrisanın yaradıcılığından söhbət açılacaq, sənət dostlarının, vaxtilə səhnədə tərəf-müqabil olduğu insanların ürək sözləri, təbrikləri dinləniləcək. Gecənin yaddaqalan məqamlarından biri də sənətkarın iştirak etdiyi tamaşalardan parçalar, eləcə də bir sıra səhnə əsərlərində ifa etdiyi mahnılardan ibarət mini konsertin təqdimatı olacaq.
Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino aktyorluğu ixtisası üzrə bitirib. 1964-cü ildən bu günədək teatrda, kinoda, televiziya tamaşalarında 300-dən artıq müxtəlif səpkili obraz yaradıb.
Böyük istedada malik aktrisa bacarıqlı rejissor kimi də özünü sınayıb, 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, istedadlı gənc aktyorları da cəlb edərək onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır