Qadın
Onlar kamera qarşısında soyunanda nələr hiss edirlər - FOTOLAR
Kamera qarşısında çılpaq soyunmaq üçün çox cəsarətli olmalısan. Dünya gözəlləri isə bu işin öhdəsindən məharətlə gəlirlər. “W Magazine” jurnalı avqust sayında dünyanın ən məşhur modellərinə fotoqraflara çılpaq poza verərkən nələr hiss etdiklərini soruşub. Suala cavab verənlər arasında Coan Smalls, Rosie Huntinqton-Viteley, İrina Şeyk, Barbara Palvin və başqaları yer alıblar.
Barbara Palvin
"Kamera qarşısında çılpaq poza verəndə rahat olsam da, özümü tamamilə başqa biri kimi hiss edirəm. Dəyişirəm və başqalaşıram. Tələb olunan xarakteri canlandırıram. Əlinizdəki, fotolarda gördüyünüz həmin obraz mən deyiləm".
Emili Ratajkovski
"Çılpaq poza vermək mənim üçün normal haldır. Yəni, bilmirəm, bəlkə də öyrəşməklə bağlıdır. Çəkiliş heyəti peşəkardırsa, ətrafdakı hər kəs sizin rahat olmanız üçün çalışırsa, problem olmayacaq".
Rosie Huntinqton-Viteley
"Mert və Markus ilə çalışarkən özümü əsl qadın kimi, həm də güclü hiss edirəm. Məncə, çılpaq poza verərkən ən vacib şey budur. Özünü güclü hiss edirsənsə, fotosessiya da əla alınacaq”.
İrina Şeyk
"Bədəninlə barışmalısan. Bədənin ən üstün xüsusiyyətini tapıb özünü yaxşı hiss etməlisən. Bədəni sevmək şərtdir! Çəkilişdən əvvəl bir az idman etmək lazımdır. Mən də fotosessiyadan əvvəl hər səhər erkən qalxır və idmana gedirəm".
Çrissi Teqan
"Bədənimlə barışan insanam. Bədənimi olduğu kimi qəbul etdiyim üçün bəzən paltar da geyinmək istəmirəm. Nə qədər az paltar geyinsəm, özümü bir o qədər rahat hiss edirəm”.
Fidan
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu