Qadını qətlə yetirən kişilər ölüm cəzasından azad edildi
Bizi izləyin

Dünya

Qadını qətlə yetirən kişilər ölüm cəzasından azad edildi

Əfqanıstan Apellyasiya Məhkəməsi, daşqalaq edilərək qətlə yetirilən qadının ölümündə günahkar bilinən kişilərə ölüm cəzasını ləğv edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Kabil şəhərində keçirilən məhkəmə prosesi bağlı qapılar arxasında baş tutub.

Məhkəmənin qərarı ilə təqsirkar bilinən 4 kişidən 3-ü 20 il azadlıqdan məhrum edilib. Dördüncü şəxs isə yetkinlik yaşına çatmadığı üçün 10 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il martın 19-da Kabil şəhərində baş verib. Qətlə yetirilən 27 yaşlı Fərxundə Məlikzadə paytaxt məscidlərinin birində göz muncuğu satan satıcı ilə mübahisəsi düşüb. Kişi Fərxundəni Quranı yandırmaqda ittiham edib. Nəticədə, yerli əhali qadına hücum çəkib. Onlar maşını onun üzərindən sürüb meyitini küçəyə ataraq yandırıblar. Bütün bu hadisələr polisin gözü qarşısında baş verib və müdaxilə etməyib.

11 əfqan polisi Məlikzadəyə vaxtında kömək göstərmədiyi üçün 1 il azadlıqdan məhrum edilib. Həmin vaxt, qətldə günahkar bilinən 4 kişiyə isə ölüm cəzası verilib, daha 8 nəfərə isə həbs kəsilib.

Qadının Quranı yandırması haqda heç bir sübut yoxdur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm