• USD 1,7022 0,00% EUR 1,8999 0,00%
    • GBP 2,1620 0,00% RUB 0,0285 0,00%

Konserv alarkən nələrə diqqət etməyimiz vacibdir?

  • Ayırtman
  • 13 Fevral 2017 22:00
  • 1 340 Baxış
Konserv alarkən nələrə diqqət etməyimiz vacibdir?

İlk konserv fabriki 1821-ci ildə Amerikanın Boston şəhərində qurulub. Konserv məhsulları müharibə dövründə daha çox məşhurlaşıb. Məsələn, 1912-1918-ci illərdə baş verən Birinci Dünya Müharibəsində fantastik miqdarda konserv istehlak edildi. 1921-ci ildə meyvə şirəsi və uşaq yeməyi konservləri istehsal olundu. 1940-1945-ci illərdə Amerika, ingilis və fransız ordularının yeməyinin 2/3-si konserv edilmiş məhsullar idi. Konserv məhsulları hazır qida kimi vaxt sərfiyyatının qarşısını alsa da, ziyanlı tərəfləri var. Belə ki, konserv məhsulları rahat istifadəsi, müxtəlif çeşid və dadı ilə istehlakçıları cəlb etsə də, saxlanılma qaydalarına düzgün riayət olunmadıqda zəhərlənməyə və sağlamlığımıza zərər vuran başqa problemlərə səbəb olur. Bu baxımdan, keyfiyyətsiz konserv məhsulları daha təhlükəlidir. Ən əsası da odur ki, bu məhsula edilən əlavələr orqanizmi tədricən zəhərləyir.

Konservdən zəhərlənməmək üçün nələr etmək lazımdır? Oxuculara bu işdə Publika.az-ın “Ayırtman” layihəsi yardımçı olacaq.

Balıq konservinin tərifi

Tərkibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq məhsullarının insanların qidalanmasında böyük əhəmiyyəti var. Bu qəbildən olan məhsulların əksəriyyəti adi şəraitdə uzun müddət keyfiyyətli saxlanıla bilmir. Belə məhsulların saxlanılma müddətini artırmaq üçün onları müxtəlif üsullarla konservləşdirirlər. Balıq məhsullarının konservləşdirilməsində fiziki, fiziki-kimyəvi, kimyəvi və biokimyəvi metodlardan istifadə edilir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, keyfiyyətsiz balıq konservləri insan orqanizmi üçün təhlükəlidir. Bu məhsulların konservlərini alarkən qablaşdırılmasına, satış şəraitinə və bu kimi bəzi amillərə diqqət yetirmək vacibdir.

İstehlakçılar tərəfindən geniş istifadə edilən balıq konservlərinin ticarət şəbəkəsində ən müxtəlif çeşidləri realizə olunur. Təbii konservləri tamını, qoxusunu dəyişən məhsullar əlavə etmədən öz şirəsində, bulyonunda, yeyinti konservlərini isə tomat sous, yağ, və s. əlavə edilməklə hazırlayırlar.

Balıq konservləri metal, yaxud da şüşə bankalarda qablaşdırılır. Bu konservlər iri balıqların tikələrindən və xırda balıqlardan hazırlanır. Metal bankalara yan tərəfdən, yaxud qapağın üstündən litoqrafiya üsulu və ya su aparmayan rənglə məhsulun istehsal və son istifadə tarixi həkk olunur. Eyni zamanda, qablaşdırmanın üzərinə yapışdırılan kağız etiketdə istehsalçının adı, ünvanı, əmtəə nişanı, qida dəyəri, saxlanma müddəti və s. məlumatlar əksini tapmalıdır.

Konserv ticarət şəbəkəsində necə saxlanmalıdır?

Konservləri ticarət şəbəkəsində müxtəlif müddətlərdə 20ºC-dək olan temperaturda 75 faizdən çox olmayan nisbi rütubətdə saxlamaq olar. Belə ki, konservlərin optimal temperaturda saxlama müddəti onların növündən asılıdır. Məsələn, yağda hazırlanan balıq konservləri tomatlı konservlərdən daha yaxşı saxlanıldığına görə, onları 20º temperaturda 2 ilə qədər saxlamaq olar. Tomatda olan balıq konservləri isə 0-5º temperaturda 18 aydan artıq olmayaraq saxlanıla bilər. Ümumilikdə isə qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti məhsulun növündən, qablaşdırılmasından, saxlanma şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir.

Balıq konservləri sterilizə olunmuş, hermetik qabda yerləşdirilən, istifadəyə hazır və müəyyənləşdirilmiş müddətədək saxlanılarkən keyfiyyətini itirməyən məhsuldur. Bu konservlər özünəməxsus dada və qida dəyərlərinə malikdir. Çünki hazırlanarkən balığın yeyilməyə yararsız hissələri kəsilib götürülür. Ona tam gətirən ədviyyatlar və bitki yağları əlavə olunur.

Balıq konservi alarkən nəyə diqqət etməli?

Balıq konservləri alarkən istehlakçıların bir sıra məsələlərə diqqətlə yanaşması zəruridir. Çünki keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı sizin sağlamlığınız üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir. Bu məhsulları alarkən onların markalanmasında olan məlumatları diqqətlə nəzərdən keçirmək lazımdır.

Qeyd edək ki, balıq konservləşdirilmiş metal qablarda əziklər, batıqlar və pas olduqda onları almaq olmaz.

Qabda belə əlamətlərin olması onun tərkibinə mikrobların daxil olmasını göstərir. Belə konserv məhsulundan zəhərlənmək olar.

Konservin keyfiyyətini onu istifadə edərkən də bilmək olur. Konservin qapağını açanda möhkəm səs gəlirsə, deməli düzgün hazırlanmayıb. Tərkibinin bir hissəsini çıxarıb qabın divarlarına nəzər salın. Ləkələr varsa, onu yeməkdən çəkinin. Demək, konserv artıq korlanıb.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR