Ayırtman
Yaxşı paltaryuyanı necə seçib almaq olar?
İlk paltaryuyan maşın1899-cu ildə alman Karl Müller tərəfindən icad edilib. Məqsəd də qadınların işini yüngülləşdirmək olub. XIX əsrin sonuna qədərki dövrdə paltarların yuyulması üçün ağacdan hazırlanmış və pərlə işləyən qurğulardan istifadə olunurdu. Paltar silindrik ağac çənin içərisinə atılır, xaricdəki dəstək irəli-geri hərəkət etdirildikcə yuyulurdu. Yumaq vaxtı 10 dəqiqə məsləhət görülürdü. Sonra paltar çıxarılıb ağac ələyin üstünə qoyulurdu ki, suyu axsın. 1914-cü ildən etibarən paltaryuyan maşınlarda elektrik mühərriklərinin tətbiqinə başlanılır. Dünyada ilk dəfə elektriklə işləyən paltaryuyan maşın amerikalı mühəndis Alva Fişer tərəfindən ixtira olunur. İlk kombinə edilmiş paltaryuyan maşın 1914-cü ildə Syevyec Armsın şirkəti tərəfindən istehsal edilir. Göründüyü kimi paltaryuyanın bu günki “əlimiz-ayağımız” olması ixtiraçılara elə də asan başa gəlməyib. Bəs paltaryuyan alarkən nəyə diqqət edilməlidir? Necə edək ki, daha keyfiyyətli və uzunömürlü cihaza sahib olaq?
Oxuculara bu işdə Publika.az-ın “Ayırtman” layihəsi köməkçi olacaq.
Paltaryuyan haqqında
Bu maşınlar məişət və sənaye təyinatlı olur. Ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisində su və yuyucu maddələr vasitəsilə islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən təmizlənir.
Paltaryuyan maşınlar işləmə tipinə, yükləmə qaydasına, avtomatlaşma dərəcəsinə, yüklənmiş quru paltarların həcminə, funksiyalarına və s. görə tiplərə bölünürlər.
İşləmə tipinə görə paltaryuyan maşınlar aktivator və baraban tipli olurlar. Baraban tiplilər daha sadə avtomatlaşdırma sisteminə malik olduğuna görə geniş yayılıb. Sadə avtomatlaşdırma sistemli bu maşınlar su və yuyucu vasitənin daha qənaətli istifadə edir, yuyulma zamanı paltarları etibarlı qoruyur. Lakin eyni zamanda, onlar daha mürəkkəbliyi və az etibarlılığı ilə fərqlənirlər. Aktivator tipli maşımlar isə bunlardan fərqli olaraq, daha sadə və etibarlı sayılırlar.
Yükləmə qaydasına görə paltaryuyan maşınlar üfüqi və şaquli olurlar. Aktivator tipli maşınlar adətən üfüqi şəkildə yüklənirlər. Baraban tiplilər isə həm üfüqi, həm də şaquli formada yüklənir. Şaquli yüklənmiş maşınlarda yumaya nəzarət üçün kiçik lyuk olur.
Avtomatlaşma dərəcəsinə görə paltaryuyan maşınlar avtomatlaşmış və yarımavtomatlaşmış olurlar. Yarımavtomatlaşmışlarda yalnız yuma vaxtını təyin etmək üçün taymer olur, avtomatlaşmış maşınlar isə idarəetmə proqramına malik olurlar. Avtomat tipli maşınların fəaliyyətində insanın iştirakı minimaldır. Onun üçün də buraya yuyulacaq tekstil məmulatlarını yerləşdirmək, yuyucu vasitəni tökmək və proqramı seçmək kifayətdir. Bu tipli paltaryuyan maşınlarda avtomatlaşma müxtəlif dərəcələrdə ola bilər. Buraya verilmiş proqrama uyğun yumadan başlayaraq, suyun həcminin, yuyucu vasitənin, temperaturun, sıxma sürətinin avtomatik təyininədək əməliyyatlar daxildir.
Doğru seçim üçün vacib bilgilər
Müasir paltaryuyan maşınlar əsasən avtomatik işləyirlər. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isidilməsinə xidmət edir. Yuma prosesi qurtardıqdan sonra çirkli su maşından avtomatik olaraq xüsusi borunun köməyi ilə xaric edilir. Təmiz suda yuyulduqdan sonra böyük sürətlə fırlanan baraban paltarda olan suyun sıxılıb çıxarılmasına şərait yaradır. Maşın bütün bu prosesləri parçaya mexaniki zədə yetirmədən həyata keçirməlidir. İş prosesində paltaryuyan maşınların davamlı və etibarlı olması onun üstün keyfiyyətlərindəndir.
Hazırda ən yüksək funksionallığa malik paltaryuyan maşınlar “premium”, “Maks” və s. sinflərə aiddir. Belə maşınlarda çoxlu yeni və əlavə funksiyalar vardır. Bu sinfə aid paltaryuyan maşınlar həm qiymətinə, həm də keyfiyyətinə görə ən yaxşı seçim ola bilər.
Seçim zamanı rastlaşdığınız maşınların tutumu da müxtəlif ola bilər. Belə ki, paltaryuyan maşınlar əsasən 3-11 kiloqram tutuma malik olurlar. Tək yaşayanlara daha kompakt və qənaətli modellər, 3-4 nəfərdən ibarət olan ailələrə 4-5 kiloqramlıq yük üçün nəzərdə tutulmuş, böyük ailələrə isə daha iri tutumlu maşınların seçilməsi məsləhətdir.
Hansı paltaryuyan daha keyfiyyətlidir?
Hər bir paltaryuyan maşın enerji istifadəsi və yuyulma sinfinə görə fərqlənirlər. Belə ki, ən yaxşı keyfiyyətlərə malik paltaryuyan maşınlar “A”, yaxud “B” sinfinə, bir qədər zəif keyfiyyətləri olanlar isə “C”, “D”, “E” və s. sinflərə aid edilir. Ona görə də, paltaryuyan maşın alarkən onun sizə lazım olan funksiyaları yerinə yetirib-yetirmədiyini bilmək üçün markalanmasına diqqət edin.
Hər bir istehsalçı firma özünün zəruri bildiyi proqramı istehsal etdiyi maşına daxil edir. Lakin əsas istifadə edilən funksiyalar demək olar ki, bütün paltaryuyan maşınlarda vardır. Paltarların yuyulması zamanı əsasən bu funksiyaların 3-4-dən geniş istifadə edilir, digər funksiyalara isə nadir hallarda müraciət edilir.
Paltaryuyan maşın harda quraşdırılmalıdır?
Paltaryuyan maşınların quraşdırılması üçün düz və rahat sahə seçilməlidir. Əks halda yerin düzgün seçilməməsi iş prosesində maşının tez sıradan çıxmasına səbəb ola bilər. Eyni zamanda, yer seçilərkən maşınların ölçülərini də nəzərə alın. Paltaryuyan maşınların hündürlüyü adətən 85 sm. təşkil edir, ona görə də onlar mətbəx texnikası ansamblına yaxşı daxil olurlar.
Maşın istehlakçıya necə çatdırılmalıdır?
Paltaryuyan maşınlar ticarət şəbəkələrinə daşınarkən üstü bağlı nəqliyyat vasitəsinə şaquli yerləşdirilməli, hər hansı bir zərbədən, təsirdən qorunması üçün qablaşdırılmalıdır. Bu maşınlar mövcud standartlara uyğun olaraq karton yeşiklərə, daxildə kağız və ya digər yüngül bir materiala bürünmüş vəziyyətdə qablaşdırılır. Xüsusi qızdırılan anbarlarda saxlanmalıdırlar. Paltaryuyan maşınların ixtisaslaşdırılmış firma mağazalardan alınması daha məqsədəuyğundur.
Maksimal sürət və qiymət
Paltaryuyan maşınların maksimal sürəti, dövriyyəsinin yüksək olması qiymətlərə təsir edir. Lakin istehlakçılar bilməlidir ki, paltarın yuyulması zamanı bu göstərici demək olar ki, rol oynamır. Dövriyyə sürəti paltarların sıxılması və qurudulması zamanı əhəmiyyət kəsb edir. Nəzərə alın ki, barabanın sürəti dəqiqədə 800 dövrdən az olsa, paltarlarınız pis sıxılacaq. Eyni zamanda bilin ki, yüksək sürətli fırlanma paltarların korlanma etimalını da artırır. Paltarların çox əzilməsinin qarşısını almaq üçün maşında “yüngül ütüləmə” funksiyasının olması əsasdır. Bu rejimdə maşında paltarlar qısa fasilələrlə aşağı sürətdə sıxılır və hamarlanır. Ona görə də müxtəlif paltarların maşında sıxılıb qurudulmasını istehsalçının istismar qaydalarında göstərilmiş rejimə uyğun həyata keçirmək lazımdır. Səssiz olmasını istəyirsinizsə, balans kontrolu sistemi olan paltaryuyan maşın alın.
Paltaryuyanın ömrünü necə uzatmaq olar
Düzgün qulluq, vaxtı-vaxtında profilaktikası texnikanın istismar müddətini daha da uzadan amillərdən biridir. Demək olar ki, hər evdə istifadə olunan paltaryuyan maşının ömrünü düzgün baxımla həm uzatmaq, həm də sərf olunan enerjiyə qənaət etmək olar. Bu isə sadəcə, diqqət ediləcək kiçik nüanslar sayəsində mümkündür. Məsələn, enerji ve su israfının qarşısını almaq üçün maşının paltarla dolu olmasına diqqət edin, lakin vacib prinsipini unutmaq lazım deyil: paltarın sərbəst dövr etməsi üçün paltaryuyan maşını ağzına kimi yükləməyin. Paltarla sıx doldurulmuş maşında paltarlar pis yuyular və çox əzilər.
Əgər istehsalçı tərəfindən paltaryuyanın maksimal yuklənməsi qeyd olunubsa, misal ücun 5 kq yuklənmə üçündürsə, nəzərə almaq lazımdir ki, bu göstərici (yəni 5 kq) nəm paltarlar üçün nəzərdə tutulub. Çox zaman istifadəcilər bu məlumatı bilməyərək paltaryuyana maksimal yükləmə qədər quru paltar qoyur və yuma zamanı paltarın nəm alması mühərrikə düşən yükün artmasına gətirib çıxardır. Bu kimi hallar texnikanızın mühərrikinə mənfi təsir gostərərək onun tez sıradan çıxmasına səbəb ola bilər.
Maşını yerləşdirdiyiniz yer düz və geniş olmalıdır. Sürüşkən, nahamar və yumşaq səthlər yolverilməzdir.
Maşınla ətraf əşyalar arasında məsafə ən azı 1 sm olmalıdır.
Paltarlarda unudulan sancaq, dəmir pul kimi əşyaların maşının daxilində qalıb-qalmamasına diqqət edin və bu əşyaların daxili qurğulara getməsinin qarşısını alan filteri mütəmadi təmizləyin.
Paltaryuyandan gələn xoşagəlməz qoxunun qarşısını almaq üçün axın borusu ildə minimum 1 dəfə yenisi ilə əvəz edilməlidir.
Paltaryuyanın daxili detallarını ərpdən qorumaq məqsədi ilə 2-3 aydan bir paltaryuyanın "yuyucu toz" bölməsinə 2 çay qaşığı limon duzu elavə edib "qaynama" (90 dərəcə) rejimində, maşın boş halda işə salmaq lazımdır.
Paslanmanın qarşısını almaq üçün yuma bitdikdən sonra baraban quru dəsmal və ya bez ilə silinməlidir.
Paltaryuyanın detallarına mənfi təsir edən amillərdən biri də yuma zamanı normadan çox köpüyün əmələ gəlməsidir. Yuyucu toz və digər maddələr ehtiyac olan miqdarda tökülməli və hər yumadan sonra qalan qalıqlar təmizlənməlidir.
Maşının daxili qurğularını yoxlamaq üçün iki ildə bir dəfə texniki servisə müraciət edilməlidir.
İqtisadiyyat şöbəsi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO