“Bəzən həddindən artıq ehtiraslı olur...” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Bəzən həddindən artıq ehtiraslı olur...” - FOTOLAR

Simona de Bovuar və Jan Pol Sartr Sarbonnada təhsil adlıqları il, daha dəqiq, 1929-cu ildə tanış olmuşdular. Kənardan insana elə gəlirdi ki, onlar tamamilə bir-birilərinə uyğun deyillər: Düzqamətli, həmişə eleqant Bovuar və elə də hündür olmayan, bir gözü kor və üstəlik qarını olan Sartr.
Ancaq gözəl Simona pərəstişkarının xarici çatışmazlıqları ilə maraqlanmırdı. Sartrın müdrik çıxışları, intellekti, zəkası onu, sözün əsl mənasında, heyran etmişdi...

Tələbəlik illərindən hər kəs Simonanın mübahisə həvəskarı olduğunu bilirdi. O, asanlıqla qarşı tərəfin nitqindəki əminsizliyi və arqumentlərdəki yalanı sezirdi. Görünür, Bovuar Sartrın yeganə layiqli rəqibi idi...

Jan-Pol sevgilisinə sevgi etirafı edib, evlilik təklifi etmək əvəzinə ona “Məhəbbət manifesti” müqaviləsi bağlamağı təklif edir. Yəni birgə olmaq, ancaq bununla yanaşı, azad olmaq. Müstəqil fikirli kimi tanınan və azadlığı sevən Simona üçün hadisələrin bu cür axını sərf edirdi. Onun yalnız bir şərti vardı: Həmişə və hər bir məsələdə - yaradıcılıqda, o cümlədən, intim həyatda qarşılıqlı səmimiyyət.

Universiteti bitirdikdən sonra həyat onları ilk sınağa çəkir: Simona Ruanada, Jan-Pol isə Qavrda fəlsəfə müəllimi işləməyə başlayır. Bir neçə il ərzində onlar məktubla bir-biri ilə əlaqə saxlayırlar. Getdikcə bu məcburi ənənə adətə çevrilir. Onlar eyni şəhərdə yaşaya-yaşaya da bir biriləri ilə məktublaşırlar.
Sartr həyatda yalnız bir şeydən – Simonanı itirməkdən qorxduğunu heç vaxt gizlətmirdi. O, Simonanı özü adlandırırdı. Ancaq bununla rəğmən, tanışlıqdan iki il sonra Sartr münasibətlərinin çox möhkəm, çox təhlükəsiz – beləliklə, azad olmadığını hiss edir. Bu sıxıntıdan yaxa qurtarmaq üçün isə o, 30 yaşlı Simonanın keçmiş tələbəsi çox gənc Olqa Kozakeviçlə görüşməyə başlayır. Olqa Sartrı, nəinki sıxıntıdan azad edir, o, həmçinin, yazıçının həyatına özünəməxsus “rəng” qatır və Sartrın “fəlsəfəsinə” aid olan intim maraqları da dəstəkləyir. Çox keçmir ki, Olqa Simonanın da məşuqəsinə çevrilir.

Simona hərdən qadınlarla da görüşürdü. Bi tip münasibətləri Simona çox təbii hesab edirdi. Onun “The second sex” (Bu kitabı “İkinci cins” və “İkinci seks” kimi tərcümə etmək olar.) kitabında bir çox görüşləri yer alıb.

1938-ci ildə Bovuar və Sartr Parisə köçürlər. Onlar “Mistral”da ayrı-ayrı otaqlarda yaşayırdılar. Simona ilə Sartr vaxtlarının çoxunu kafedə keçirirdilər. “Yazmaq hərəkət etmək deməkdir” - Sartr söyləyirdi. Onun “Ürəkbulanma” romanı yeni tip qəhrəman idi, bu əsər böyük uğur qazanır. Əlbəttə ki, burada Simonanın iştirakı vardı. Məhz o, Sartra bu qəhrəmanı yaratmaqda yardım edir. Təşəkkür əlaməti olaraq, Sartr bu romanı Simonaya həsr edir. Olqaya isə ədaləti pozmamaq xatirinə, “Divar” adı altında hekayələr toplusunu həsr edir.

Müharibə öncəsi Sartrın daha bir yeni əyləncəsi yaranır – Olqanın bacısı Vanda. Lakin Simona da boş durmur. O, bu aralar Sartrın tələbələrindən biri olmuş Jak-Loran Bossla görüşür. Jak Loran da onların “ailə”sinə daxil olmuşdu. Belə ki, Simona ilə eyni vaxtda, o Olqa ilə də görüşürdü.
Jak-Loranla münasibətləri haqda Bovuar Sartra bunları yazmışdı: “Bu əla idi. Düzdür, bəzən həddindən artıq ehtiraslı olurdu...” Bovuarla Sartr arasında heç bir sirr yox idi...

Sartr İkinci Dünya Müharibəsində olduğu müddətdə Simona ona yazırdı: “Əzizim, vaxtın olan kimi fəlsəfi siteminlə məşğul ol”. Məhz Simonanın bu məsləhətindən sonra Sartr yazmağa davam edir və “Azadlıq yolları” kitabının ilk fəslini bitirir.

1940-cı ildə almanlar Fransa ərazisinə daxil olurlar. Sartr hərbi əsirlər üçün nəzərdə tutulmuş düşərgəyə düşür. Alman düşərgəsi onda teatra həvəs oyadır.
Müharibədən sonra Bovuar və Sartr məşhurluğu dadırlar. Dərc olunmuş romanlar və fəlsəfi yazılar öz bəhrəsini verir.

Sartrla Bovuar artıq 16 ildir ki, bir yerdə idilər. Onların münasibətinə heç nə mane ola bilmirdi - nə Sartrın gənc aktrisalar Dolores Vanetti və Mişel Vyayanla yaşadığı eşq macəraları, nə də qırx yaşlı Bovuarın gənc çikaqolu yazıçı Nelson Alqrenlə yaşadığı eşq macərası. Simona ilə Nelsonun dörd il davam edən sevgi macəraları hər iki tərəf üçün kədərli sonluqla bitir. Nelson ümid edirdi ki, Simona ömürlük onunla qalacaq. Simona isə məhz bundan qorxurdu, o Sartra xəyanət edə bilcəyindən qorxurdu.

Alqrenlə ayrılıq Simonaya pis təsir edir. Yalnız 1954-cü ildə o, özündən 20 yaş cavan 27 yaşlı Kload Lantsmanın qucağında sakitlik tapır. Lantsman Bovuarın zəkası və özünəəminliyi ilə fəxr edirdi. Onların münasibəti yeddi il davam edir və hər iki tərəfin razılığı ilə ayrılırlar.

Sartr və Bovuar birgə səyahət edirlər. Demək olar, bütün dünyanı gəzən cütlük Fidel Kastro, Çe Qevara, Mao Tzedun, Xruşşov və Tito ilə görüşürlər.

Sartr isə bütün yaş dövrlərində özünə sadiq qalır və gənc xanımlarla münasibətlərdən çəkinmirdi. Bu münasibətlər isə Simonanı qıcıqlandırırdı.

70-ci illərin ortalarında Sartr demək olar ki, tamamilə kor olur. Bunu bir növ təkzib edən yazıçı: “Mən qaranlıqda da yaza bilərdim...” söyləyərək ədəbiyyatdan getdiyini elan edir.
Sartr içkiyə və müxtəlif cür sakitləşdirici həblərə meyllənir. 70 yaşlı Sartrın müsahibəsində “Mən viski və tabletlərin sayəsində adi vaxtda olduğundan üç qat artıq dərk edirəm” fikirləri Simonanın heç də ürəyincə olmamışdı.

Sartr 1980-ci ilin 15 aprelində vəfat edir. Dəfn mərasiminə 150 min insan toplaşmışdı. Simona üçün Sartrın ölümü əsl sınağa çevrilir. O, həyata olan bütün marağı itirir. Simona de Bovuar Sartrın ölümündən altı il sonra demək olar, eyni gündə - 15 apreldə vəfat edir. Simonanı dostunun yanında dəfn edirlər...

“Sevgi allyüziyası” kitabından.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm