• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Rus çarlarının dəbilqələri Quran ayələri ilə bəzədilib – FOTOFAKT

Rus çarlarının dəbilqələri Quran ayələri ilə bəzədilib  – FOTOFAKT

Aleksandr Nevski Rusiya tarixinin ən tanınmış simalarındandır. Ölkə ağır durumda olsa da, bu təcrübəli sərkərdə Tevton Ordeninin yürüşlərini dəf edə bilmişdi.

1237-ci ildə Roma papası IX Qriqori tərəfdarlarını Novqorod üzərinə xaç yürüşünə çağırdı. 1240-cı ildə həlledici döyüşdə knyaz Aleksandr Nevskinin xaçlı ordusunu darmadağın etdi. Bu hadisə tarixdə "Buz döyüşü" adı ilə qaldı.

Tatar oğlu

Amma rus tarixçiləri daim bir həqiqəti gizləyiblər. Düzdür, ayrı-ayrı tarixçilər Aleksandr Nevskiyə tatar xanlarının verdiyi dəstəyi təsdiqləyiblər. Tatar xanlarının Nevskinin köməyinə göndərdikləri qoşunlar olmasa, o, çətin ki, qələbə qazanardı.

Bir maraqlı məqam da indiyədək rus tarixçilərini çaş-baş salır. Aleksandr Nevskinin yaraq-əsləhəsi indiyədək qorunub saxlanır. Maraqlıdır ki, dahi sərkərdənin dəbilqəsində qızılı xaç görmək mümkündür. Amma dəbilqəni həm də müqəddəs Quran kitabından olan ayələr bəzəyir.

Rus knyazının dəbilqəsində "Və "və bəşşir əl möminin" (möminlərə bəşarət ver, müjdələ.– red.) sözləri yazılıb.

Nevski ilə bağlı sirlər çoxdur. Hətta bəzi tarixçilər onu tatar xanı Batının çoxsaylı oğullarından biri hesab edirlər.

Ərəbcə yazılar

Kremldəki məşhur Silah Palatasında ən qəddar hökmdar, Kazan və Həştərxanın fatehi İvan Qroznının çar tacı saxlanılır. Tacın üstündə kiril əlifbası ilə çarın adı və ərəb əlifbası ilə 7 dəfə "Allah, Məhəmməd" sözləri yazılıb.

Kremldəki Silah Palatasının direktor müavini Lukian Yakovlev jurnalistlərə bildirib ki, usta Nikita Davıdsov tərəfindən 1661-ci ildə çar Mixail Fyodoroviç Romanov üçün xüsusi olaraq düzəldilmiş tacın da üstünü Qurani-Kərim kitabından sitatlar bəzəyir.

Maraqlıdır ki, taclarda yalnız çarların adı kiril əlifbası ilə yazılıb. Qalan yazılar ərəbcədir.

Hətta pravoslav yepiskopların daş-qaşla bəzədilən əsaların üstündə belə xaçla yanaşı ərəb yazıları var.

Müqəddəs dil

Məntiqlə Tevton ordenində olan cəngavərlər yaraq əsləhələrini xaçla, müsəlman döyüşçülər isə ərəb yazıları ilə bəzəyə bilərlər.

Rus döyüşçülərdə isə kiril əlifbası ilə yazılar olmalı idi. Ancaq Silah Palatasındakı cəngavər paltarları və silahlarının hamısı ərəb əlifbası ilə bəzədilib. Özü də bu silahlar başqa yerdən gətirilməyib. Elə yerli ustalar tərəfindən düzəldilib.

Bəs elə isə, səbəb nədir?

Rus tarixçilərin bir çoxu bu qənaətdədir ki, XVIII əsrə qədər ərəb dili Rus pravoslav kilsəsi tərəfindən müqəddəs dil kimi istifadə edilib. Bu haqda çoxsaylı sübutlar var.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR