SSRİ-nin pərdəarxası oyunları...
Bizi izləyin

Sovet sirləri

SSRİ-nin pərdəarxası oyunları...

Təxminən 20 il bundan qabaq böyük Sovet İttifaqı dağılır – ancaq SSRİ-nin bəzi sirləri indiyə qədər açılmayaraq qalır...

(İyirmi il bundan qabaq Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç Belovej müqaviləsini bağlayırlar. Nəticədə, MDB yaradılır...)

Bəli, bir çox sovet sirləri hələ də qapalıdır. Müəyyən məsələlərlə bağlı o vaxt dilini dinc saxlamağı çox gözəl bacarırdılar!

Ancaq sakitlik bilməyən amerikalı jurnalistlər dəhşətli sovet sirlərinə aydınlıq gətirməyi qərara alırlar.

Beləliklə, amerikalı beyinlərin baş sındırdıqları bir neçə faktlar bunlardır:

Partiyanın qızılı

SSRİ dağılandan sonra kommunist partiyasının milyardlarla dollarlarının hara yoxa çıxması bir çoxlarını narahat edirdi. Pulların xarici banklarda yatmasını da sübut edən heç bir dəlil tapılmayıb. (Yeqor Qaydarın və dedektiv agentlik olan Kroll Associates-in bütün səylərinə baxmayaraq.)

Çamadanda bomba

SSRİ portativ atom bombası hazırlamışdımı? – Mərkəzi Kəşfiyyat idarəsi fərziyyələr içində qıvrılırdı. Ağzı köpüklə dolu, həlak olmuş general Lebed sübut edirdi ki, şəxsən öz gözləri ilə nüvə raketlərini görüb. Bədxahlar isə iddia edirdi ki, general onları piyadalara qarşı minalarla səhv salıb.

Qorbaçovun susması

Çernobil AES-da baş verən qəza barədə iki həftə sonra elan edən o zamankı baş katibin bu addımı sonralar böyük şayiələrə səbəb olmuşdu: niyə susurdu? İndi bunu onunla izah edirlər ki, belə güclü radiasiya fonunu ölçmək üçün dozimetrlər yox idi.

Bioloji silah

Stalinin hələ 1942-ci ildə almanlara qarşı sıçovulların sayəsində onları tulyaremiyaya yoluxduraraq bioloji silah işlətməsi barədə sənədlər mövcuddur. (Düzdür, bu versiya tam təsdiq olunmayıb.) Ancaq bir şey dəqiq məlumdur ki, belə tip silahlar aktiv şəkildə hazırlanırdı. Onlar indi haradadır, sonları necə oldu – ictimaiyyət bilmir.

Karib böhranı

Niyə Kuba SSRİ-nin atom bombasını özündə yerləşdirdi? Nikita Xruşov Fidelə, Raul Kastroya, həmçinin, Çe Qevaraya nə söylədi? Bu danışıqların sirli protokollarını bu günə qədər heç kim görməyib.

KQB-nin “Fleyta” əməliyyatı

“Vətən xaini” (sözsüz, amerikalılar üçün) ABŞ-dan olan alim Ken Alibek SSRİ-yə gəlir və bioloji silah proqramına başçılıq edir. “Fleyta” əməliyyatının əsas məqsədi xüsusi əməliyyatlar və hətta siyasi qətllər üçün psixotrop maddələrin hazırlanması idi. Sonunda nələrin baş verdiyini təkcə Alibek bilir.

Kremlin qorxuları

Deyirlər, 1981-ci ildə hər an ABŞ-dan nüvə hücumunun ola biləcəyinə görə Yuri Andropov əməlli-başlı təlaş içində olub. KQB və QRU-ya (Müdafiə Nazirliyinin tərkibində baş kəşfiyyat idarəsi) ciddi tapşırıq verilmişdi: Kəşfiyyatın əsas diqqəti amerikalı alimlərə yönəldilməlidir.

Ural bunkeri

Şayiələr gəzirdi ki, Uralda yerləşən yeraltı “Qrot” bunkeri, əslində, ölkədə nüvə hücumlarına tab gətirə biləcək yeganə raket hərbi əhəmiyyəti olan qərargahdır. Amerikalılar indiyə qədər də anlaya bilmirlər ki, SSRİ niyə bunu tikmişdi.

Müdafiə büdcəsi

Yarım əsrdən çoxdur ki, amerikalılar SSRİ-nin müdafiə və təhlükəsizliyə xərclədiyi pulları hesablayır. Mərkəzi Kəşfiyyat Komintəsində əmindirlər: SSRİ-nin ümumi iqtisadiyyatının 20 faizi! Ancaq bu da yalnız ehtimaldır.
Bizə nə qalır, həqiqət hansıdır, yalan hansı? Bu sirlərin üstünü açmaq hələ çox zaman aparacaq. Sovet sirləri elə ona görə sovet sirləri adlandırılır ki, heç kim heç zaman bu barədə heç nə öyrənə bilməsin...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm