Magazin1
Müslüm Maqomayev hansı sovet liderinin qızı ilə eşq yaşayıb?
Bu gün dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin ad günüdür. Bu münasibətlə bu yazını təqdim edirik:
Ölümündən öncə məşhur müğənni SSRİ-nin birinci katibi Leonid Brejnevin qızı Qalina Brejneva ilə yaxın münasibətlərindən danışır...
Müslim Maqomayev öz ölümü ilə böyük sirri də apardı:
yarım əsr bundan əvvəl dünya şöhrətli ifaçı Brejnevin qızı Qalina
ilə ehtiraslı eşq macərası yaşayır.
Yalnız gələcək həyat yoldaşı Tamara Sinyavskaya ilə tanış olduqdan
sonra müğənni özündə Qalina Leonidovna ilə həmişəlik ayrılmağa güc
tapır.
Sovet estradasının ən seksual ifaçısı ilə birinci katibin qızı
arasındakı münasibətlər barədə o vaxt çoxlu şayiələr gəzirdi.
Deyilənə görə, Kremldə baş tutan konserti zamanı Brejnevin qızını
görən Müslim “Несла Галя воду” mahnısını ifa edir. Mahnının sözləri
sevgi etiraflarından ibarət idi. Qalina isə bu etirafın qarşısında
tab gətirə bilmir...
Ölümündən bir neçə gün öncə o, Amerikada yaşayan qızına zəng edərkən, Qalina Brejneva barədə xatırlayır. Ata həmişəki kimi, Marinadan nəvələrini soruşdu və... gözlənilmədən Qalina Brejneva haqda danışdı...
Birinci katibin qızı barədə çəkilən “Qalina” filmi ifaçını
sarsıtmışdı. O, raket sürətilə məşhurluq zirvələrinə ucaldığı
illəri xatırlamışdı. Marina atası ilə baş tutan telefon söhbəti
barədə bunları deyir:
- Atam dedi ki, Qalina Leonidovnanı yaxından tanıyıb və film yaxşı
alınıb. Filmi çox bəyənib. O dedi ki, baş rolu oynayan aktrisa
hardasa Qalinaya bənzəyir. Sonra Qalinanın necə yaxşı qadın
olduğunu əlavə edib, kədərli səslə: “heyf ki, tale onunla belə
qəddarcasına davrandı” – söylədi.
Qalina Brejneva haqda film Muslim Maqomayevi nahaqdan
həyəcanlandırmamışdı. Müğənnini Qalina Leonidovna ilə yalnız
dostluq əlaqələri bağlamırdı. Onlar arasında sevgi yaşanmışdı.
Sirr deyil ki, Müslim Maqomayev məşhurluqla yanaşı, seks-simvol
titulunu da qazanmışdı. Əlbəttə ki, SSRİ-də “seks” sözü kimi, bu
söz də mövcud deyildi. Ancaq bu milyonlarla qadının onun dərdindən
divanə olmasına mane olmurdu. Müslim özü də gündəliklərində bu
barədə yazırdı: “Tamaroçkadan əvvəl həyatımda kifayət qədər qadın
olub. Ancaq onların adlarını çəkməyəcəm...”
Alicənab Maqomayev həmin qadınları pis vəziyyətdə qoymaq istəməzdi,
həm də o qadınlar arasında adlarının elan edilməsi yolverilməz olan
xanımlar da vardı.
Qalina
Qalina Brejneva – sovet dönəminin ən parlaq simalarından biri
idi. Gözəl təhsil, gözəl qadın, ekssentrik – o, daim ölkənin ən
yaraşıqlı kişilərinin diqqətini cəlb edirdi. Onun ərləri və
məşuqları arasında məşhur sirk artisti İqor Kio, balet artisti
Maris Liepa, siyasətçi Yuri Çurbanov və digərləri olub.
Təbii ki, Müslim kimi yaraşıqlı gənc bu cazibənin yanından ötə
bilməzdi. Müslim bir çox müsahibələrində Brejnevin bağ evində
tez-tez qonaq olduğunu etiraf edirdi.
Görünür, ifaçını ora ən güclü insan hissi cəlb edirdi...
Leonid İlyiç Maqomayevi çox sevirdi. – Qalinanın yaxın
rəfiqələrindən biri söyləyir. – Müslim və bizim truppa birgə Parisə
gedirdik. Qalina ilə Müslimin münasibətləri əla idi...
Uzun-uzadı sorğu-suallardan sonra Qalinanın ən yaxın rəfiqəsi
Lyudmila etiraf edir: “Bəli, onlar arasında eşq macərası olub! Bu
axı 50 il bundan qabaq yaşanıb. Müslim o vaxt ailəli deyildi.
Burada nə var ki?...
Qalina ilk dəfə Müslimi görəndə Müslümün 20 yaşı vardı. Qalinanın isə 33. Lakin ərköyün gözəl üçün yaşın heç bir önəmi yox idi. Sonuncu dəfə o, 64 yaşında 29 yaşlı biznesmenə ərə getmişdi. Ona aşiq olmamaq mümkün deyildi. Onunla dostluq isə zirvələrə yol açırdı...
Aytən Cavanşir
-
Magazin119:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin218:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR
-
Nida Xəbər 16:35
Həbs edilən “Plazalar kralı” görün kimin kürəkəni imiş - FOTO
-
Nəqliyyat16:00
Elektrik benzinə qalib gələ bilmir: Minimum 10 il lazımdır ki...