Qırmızı.az
“O özünü əsil kişi kimi apardı, biz isə...” – Bağırovu satan adamın son sözləri
Mircəfər Bağırov Azərbaycan tarixinin ən ziddiyyətli
şəxsiyyətləri sırasında ilk sıralarda yer tutur. Zaman-zaman onun
haqqında “yaxşı” və “pis” deyə bəhs edilib və hər iki cəbhə öz
mövqeyini müxtəlif arqumentlərlə sübuta yetirməyə çalışıb. Lakin
hələ də Mircəfər Bağırovun Azərbaycan tarixində hansı yerdə
dayandığı qəti müəyyənləşməyib.
Bu günlərdə M.Bağırovun əmisi nəvəsi, ekologiya və təbii
sərvətlər naziri Hüseynqulu Bağırovun fikirləri bu tarixi
şəxsiyyəti yenidən gündəmə gətirdi.
“Mircəfər Bağırovun ayağına yazılan “cinayətlər” 90 faizi
həqiqətə uyğun deyildi”, - deyə nazir “pis” deyənlərin mövqeyini
qəti şəkildə inkar edir və bildirir ki, Kommunist Partiyasının
Bağırovdan əvvəlki rəhbərləri repressiyaya məruz
qalmışdılar.
“Bunları Mircəfər Bağırov yox, Moskvadan etmişdilər. Növbə ona da çatdı. Bunun da iki səbəbi var idi. Birinci, Xruşovla şəxsi problemləri var idi. Xruşov Politbüronun üzvü Beriyanı öldürtdürüb, çevriliş edərək hakimiyyəti ələ keçirtdi. Əlinə fürsət düşdüyü üçün Mircəfər Bağırovdan qisasını aldı. Mircəfər Bağırovla Beriyanın yaxşı münasibətləri var idi. İkincisi, Mircəfər Bağırovun həbsindən sonra onun masası ətrafında oturub daima onunla qədəh qaldıran məşhur yazıçıları özlərini çox diskomfort hiss etdilər. İndi də həmin şəxslərin oğul-qız yazıçıları bu narahatlığı davam etdirirlər. Həmin dövrdə onun masası ətrafında oturanlar qısa müddətdə mövqelərini dəyişdilər. Psixoloji baxımdan bunu anlamaq olur. Çünki onlara dedilər ki, kəsin, doğrayın, yıxın, sürüyün. Axı dünən bunlar bir yerdə idilər. Həmin diskomfortun təzyiqidir ki, indi də deyirlər belə olub. Xəyanət edən bunu ömür boyu müdafiə etməlidir”, - deyən nazir bununla Bağırova “pis” deyənlərin kimliyinə də işarə vurub.
Lakin nazir konkret ad çəkməyib. Maraqlıdır, Hüseynqulu
Bağırovun haqlarında danışdığı yazçılar və onların övladları
kimdir?
Mircəfər Bağırovun fəaliyyətini tədqiq edən Adıgözəl Məmmədov
Publika.az-a açıqlamasında bildirib ki, Hüseynqulu
Bağırovun özü tarixçidir və o, güman ki, bu sözləri elə-belə
deməyib: “Azərbaycanda ilk dəfə Mircəfər Bağırovun istintaq
materiallarını araşdıran bir şəxs kimi Hüseynqulu Bağırovun bu və
ya digərlərinin fikirləri ilə razıyam. Mircəfər Bağırov dövrünün
şəxsiyyəti idi. O dövrün bütün çətinliklərinə baxmayaraq, onda
milli ruhun elementləri var idi. Onun bu və ya digər formada
Azərbaycan varlığının qorunmasında xidmətlərini nəzərə alaraq, belə
qənaətə gəlirəm. Hesab edirəm ki, o bütün səhvləri ilə bərabər
tarixi şəxsiyyətdir”.
A. Məmmədov M. Bağırovla bağlı bir maraqlı tarixi faktı da
açıqlayıb və bu haqda ilk dəfə danışdığını qeyd edib.
“Mən Mircəfər Bağırovun işdən çıxarıldığı plenumun
materiallarını araşdırmışam. Plenumda onun əleyhinə səs verənlər
əvvəllər onunla çiyin-çiyinə işləmiş adamlar idi. Teymur Quliyev,
Mirteymur Yaqubov, İmam Mustafayev və digərləri. Moskva Bağırovun
təklənməsi kampaniyası başlatmışdı və ona yaxın olan şəxslərin
hamısı bu kampaniyada yer alırdı. Onlar özlərini qorumaq üçün buna
getdilər. Lakin sonrada İmam Mustafayevdən başqa digərləri Bağırova
qarşı yaxşı çıxış etmədikləri üçün təmizləndilər. Teymur Quliyev və
Mirteymur Yaqubov da onlar arasında idi. Hüseynqulu Bağırov əslində
doğru deyir.”, - deyə o bildirib.
Tədqiqatçı əlavə edib ki, o, Bağırovla bağlı araşdırma
prosesində Teymur Quliyevin qızı Minarə xanımla görüşüb: “Teymur
Quliyev Bağırova qarşı yaxşı çıxış etmədiyi üçün sovxoz sədri
göndərilmişdi. Qızı Minarə xanım mənə danışırdı ki, atası son
günlərində çox narahat idi: “Biz ondan soruşduq ki, niyə əzab
çəkirsən. Dedi ki, Mircəfər Bağırov yuxumdan çıxmır, gözlərimi
yuman kimi gəlir. Son ifadəsi də bu idi ki, Mircəfər Bağırov özünü
sona qədər əsil kişi kimi apardı. Biz ona qarşı kişilik etmədik”.
Bu Minarə xanımın mənə dedikləridir. Bir çox fakt Mircəfər Bağırov
haqda yanlış fikirlərin olduğunu göstərir”.
Asif
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO