Dünya
İraq İŞİD-i rus qırıcıları ilə məhv edir
İraq hava qüvvələri İŞİD silahlılarına hücuma
keçib.
ANS PRESS-in məlumatına görə, İraq hava
qüvvələrinə aid qırıcıların Mosulda İraq Şam İslam Dövləti (İŞİD)
terror təşkilatı silahlılarının olduğu nöqtələri bombaladığı
bildirilib. Hücum nəticəsində terror qruplaşması üzvlərindən çox
sayda ölən və yaralanan var.
Ötən gün axşam saatlarında isə orduya aid hərbi
təyyarələr Bağdad istiqamətində hərəkətdə olan 200-ə yaxın maşından
ibarət İŞİD karvanını bombalayıb.
İraq döyüş təyyarələrinin digər hədəfi 5-ci
briqada qərargahının olduğu meşəlik bölgə (Əl-Qabat) olub. Burada
da İŞİD silahlıları məhv edilib.
Qeyd edək ki, bombardmanlarda İraqın Rusiyadan
satın aldığı "SU-25" tipli döyüş təyyarələrindən istifadə etdiyi
deyilir. Rusiya XİN mətbuat katibi Aleksandr Lukaşeviç ötən gün
İraqa "SU-25" tipli döyüş təyyarələrini təslim etdiklərini
təsdiqləmişdi.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər