Qırmızı.az
Bu günün tarixi (28.07.2014)
Miladi: 28 iyul 2014
Hicri: 30 Ramazan 1435
İlin 209-cü günü
İlin sonuna 156 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 05.10
Günəş - 06.33
Zöhr - 13.51
Əsr - 18.24
Məğrib – 21.17
İşa – 22.53
1402-ci ildə Osmanlı padşahı İldırım Bəyazid Ankara müharibəsində
Əmir Teymura əsir düşüb
1723 - I Pyotrun göndərdiyi rus qoşunları Bakını işğal edib. Bakı
hakimi Məhəmmədhüseyn bəy sürgünə göndərilib. Bu, Rusiyanın
Azərbaycan üzərinə birinci işğalçılıq yürüşü idi. 1735-ci ildə
ruslar Səfəvi dövləti ilə müqaviləyə görə, Azərbaycan torpaqlarını
tərk etdilər. Rusiya imperiyasının Azərbaycan üzərinə ikinci və
həlledici yürüşü XIX əsrin əvvəlində başlandı.
1741-ci ildə İtaliya bəstəkarı Antonio Vivaldi vəfat edib
1750-ci ildə Alman musiqiçisi İohan Sebastian Bax vəfat edib
1794-cü ildə fransız inqilabçı Maksimilian Robespier qiyotinlə başı
kəsilərək edam edilib
1804-cü ildə Alman filosofu Lüdviq Feyerbax anadan olub
1821-ci ildə Peru istiqlaliyyətini qazanıb
1844-cü ildə Napaleonun qardaşı Cozef Bonapart vəfat edib
1914-cü ildə I Dünya müharibəsi başlayıb
1931 - Məşhur Azərbaycan neftçisi, geoloq Fərman Salmanov
(1931-2007) Şəmkirdə anadan olub. 1960-1980-ci illərdə Qərbi
Sibirdə 100-dən çox neft-qaz yatağının kəşfində iştirak edib, SSRİ
Elmlər Akademiyasının müxbir üzvü olub.
1935-ci ildə Xalq artisti, bəstəkar Vasif Adıgözəlov dünyaya
gəlib
1937-ci ildə bəstəkar Müslüm Maqomayev vəfat edib
1990 - Azərbaycanda demokratik qüvvələrin ilk ümumrespublika forumu
keçirilib. Parlament seçkiləri (sentyabr 1990) ərəfəsində bir araya
gələn 20-dən çox ictimai təşkilatın iştirakı ilə
"Demokratik blok" yaradılıb.
1993-cü ildə ədəbiyyatşünas Qasım Qasımzadə vəfat edib
2001 - Türkmənistan Azərbaycanın "Əsrin müqaviləsi" çərçivəsində
istismar etdiyi "Azəri" və "Çıraq" yataqlarının, həmçinin "Kəpəz"
neft-qaz strukturlarının ona məxsus olması barədə Azərbaycana nota
göndərib. Bakı buna cavab olaraq ilk iki yatağın istisnasız olaraq
Azərbaycana məxsus olduğunu, "Kəpəz" strukturu ilə bağlı isə
konstruktiv danışıqlara hazır olduğunu bildirib.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər