BMT baş katibinin siyasi məsələlər üzrə müavini məlum oldu
Bizi izləyin

ABŞ

BMT baş katibinin siyasi məsələlər üzrə müavini məlum oldu

ABŞ nümayəndəsi Rozmari Di Karlo BMT baş katibinin siyasi məsələlər üzrə müavini təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə BMT mətbuat katibliyinin məlumatında bildirilir.

Hazırda xarici işlər üzrə Milli Komitənin prezidenti və Yel universitetinin professoru olan Rozmari Di Karlo adıçəkilən vəzifədə digər ABŞ təmsilçisi Ceffri Feltmanı əvəzləyəcək.

Məlumata görə, R. Di Karlo 35 illik diplomatik və pedaqoji təcrübəyə malikdir. Vaxtilə ABŞ Dövlət Departamentində çalışan R.Di Karlo Avropa və Asiya məsələləri ilə məşğul olub, ABŞ-ın Rusiya və Norveçdəki səfirliklərində işləyib, həmçinin BMT-də ABŞ-ın daimi nümayəndəsinin müavini vəzifəsində çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm