ABŞ-dan hərbi müdaxilə SİQNALI
Bizi izləyin

ABŞ

ABŞ-dan hərbi müdaxilə SİQNALI

Suriyada hökumət güclərinə qarşı zərbələr istisna edilmir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.

Qeyd edək ki, ABŞ Bəşər Əsəd rejimini Şərqi Quta bölgəsində kimyəvi silahla hücum etməkdə ittiham edir.

Ötən həftə ABŞ prezidenti Donald Tramp Suriya ordusundan Duma şəhərinin mühasirəsini dayandırmağı tələb edib. Rusiya və İranın "heyvan" Bəşər Əsədə dəstək verdiyini vurğulayan Tramp Tvitterdəki səhifəsində yazıb ki, Bəşər Əsəd bunun üçün cavab verəcək.

Bu gün isə Tramp Tvitter səhifəsində keçmiş prezident Barak Obama Suriya məsələsində kifayət qədər sərt olmadığını yazıb. “Əgər Prezident Obama özünün bəyan etdiyi qırmızı xətti keçsəydi, Suriya fəlakəti çoxdan həll olardı. Vəhşi Əsəd artıq tarixin parçası olardı”, – deyə o bildirib.

Əlavə edək ki, ABŞ müdafiə naziri Ceyms Mettis hərbi müdaxilələrə qarşı çıxmayan bir nazir kimi tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm