ABŞ
Rusiya Türkiyə ərazisindən bu bombalarla vurulacaq - ABŞ-dan ƏZƏLƏ NÜMAYİŞİ
ABŞ-ın Nevada ştatında B61-12 nüvə bombasının sınaqları keçirilib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Birləşmiş Ştatların Energetika Nazirliyinin mətbuat xidməti bildirib.
Bununla da yeni idarə olunan qravitasiya bombasının sınaqları seriyası başa çatdırılıb. Sınaqlar iyunun 9-da Nevada ştatında poliqonda keçirilib.
“İxtisas test uçuşları göstərir ki, B61-12-nin dizaynı sistem tələblərinə uyğundur”, - xəbərdə deyilir.
Həmçinin sınaqların hədəfi “B-2 Spirit” bombardmançının nüvə döyüş sursatlarını necə çatdıracağını yoxlamaq idi. 2020-ci ildən “B61-12”nin istehsalına başlanması planlaşdırılır. Bu bomba ABŞ-ın nüvə arsenalında mövcud olan B61 bombasını əvəz etməlidir. 2017-ci ilin avqustunda “B61-12” bombasının iki ixtisas sınağı keçirilmişdi.
ABŞ “B61-12” bombalarını Almaniya, İtaliya, Türkiyə, Belçika və Hollandiyadakı hərbi bazalarına yerləşdirməyi planlaşdırır. ABŞ Konqresinin hesablamalarına görə, 2017-2046-cı illərdə ABŞ taktiki nüvə güclərinin modernləşdirilməsi üçün 25 milyard dollar maliyyə ayırmağı planlaşdırılır.
Qeyd edək ki, ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) bu ilin yanvarında Rusiya və Çinin qarşısının alınması üçün “kiçik gücdə” olan nüvə döyüş sursatlarının yaradılmasını nəzərdə tutan yeni nüvə doktrinasını qəbul edib. Amerika KİV-inə görə, Pentaqon Moskvaya və Pekinə mesaj verdi ki, Vaşinqton ehtiyac olduğu halda belə silahı tətbiq edə bilər.
Yeni doktrinada Pentaqon ABŞ-ın rəqibə nüvə zərbəsi üçün şərtlərin siyahısını genişləndirib. Xüsusi halda, böyük miqdarda qurbanlara gətirib çıxarmış qeyri-nüvə hücumu, həmçinin strateji obyektlərə edilən hücumlara cavab olaraq nüvə zərbəsi endiriləcək. ABŞ-da daha kiçik ölçülü və zərərin daha aşağı dərəcəsi ilə fərqlənən “mini-bombalar”ın yaradılması Amerika hərbçilərinə daha çox strateji imkan verəcək. Ənənəvi nüvə silahından istifadə çoxsaylı beynəlxalq konvensiyalarla qadağandır və bu silahın daha zəif nümunələrinin tətbiqinə icazə almaq daha realdır.
Silahlanma üzərində nəzarətin tərəfdarları isə ABŞ-ın niyyətləri ilə əlaqədar narahatlığını ifadə edirlər. Onların fikrincə, bu, döyüş əməliyyatlarının gedişatında nüvə silahından istifadə ehtimalını artırır. Yada salmaq kifayətdir ki, indiki ölçülər üzrə “zəif” nüvə yükləri ABŞ-da hələ nüvə silahı yarışının lap əvvəlində var idi. Xüsusi halda, bu cür bombalar Xirosima və Naqasakidə tətbiq edilmişdi.
Qeyd edək ki, ABŞ-ın taktik nüvə arsenallarının əsasını artıq uzun illərdir ki, B61 ailəsindən olan təyyarə bombaları təşkil edir. Bu silahın birinci versiyası 1968-ci ildə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib və döyüş sursatı o vaxtdan dəfələrlə müasirləşdirilib. Döyüş sursarının 11 versiyası var. 1997-ci ildə hazırlanmış son versiya xüsusi təyinata malikdir. O, böyük dərinlikdəki obyektlərə zərbələr üçün nəzərdə tutulub. Onun maksimum qüvvəsi müxtəlif qiymətlərə görə, 340-400 kiloton təşkil edir. Müqayisə üçün deyək ki, 9 avqust 1945-ci il tarixində Naqasakiyə atılan atom bombası 21 kiloton, 6 avqustda Xirosimaya atılan bomba isə 13-18 kiloton trotil ekvivalentə malik idi.
Amma başqa variantlar taktik hesab edilir. 3-cü və 4-cü versiyalar, xüsusi halda, ABŞ-ın Avropadakı bazalarında yerləşdirilib. 10-cu versiya 2005-ci il təcili tətbiqə hazırlıqdan çıxarılıb və anbarlardan götürülüb.
“Universal” B61-12 bombası B61-in bütün versiyalarını əvəz etməlidir.
Ömər Dağlı
-
Yaxın Şərq01:35
Qəzzada atəşkəs razılaşması bu tarixdə qüvvəyə minəcək
-
Qoroskop00:55
Günün qoroskopu: bu qərarlar sizə qazanc gətirə bilər
-
Yaxın Şərq00:15
Atəşkəs razılaşması Qəzzada böyük coşqu ilə qarşılandı - VİDEO
-
Nida Xəbər 15 Yanvar 22:56
Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı
-
İdman15 Yanvar 22:20
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi
-
MDB15 Yanvar 20:45
Moskvadan uçan təyyarədə bomba həyəcanı
-
Magazin115 Yanvar 19:45
Çimnaz Sultanova vəfat etdi
-
İKT15 Yanvar 19:35
"Instagram"da problem yarandı