Sosial
Bunu etməyənlər 200 manat cərimələnəcək - Video
Son günlər paytaxtda çoxmərtəbəli binalarda yaşayan bəzi vətəndaşlara bu tip məktublar gəlib.
Bununla bağlı "Xəbər Ertəsi"nin qaynar xəttinə də foto göndərilib.
Bildirişdə qeyd olunub ki, Bakı şəhəri üzrə 1 illik xidmət haqqı 50 manatdır. Daşınmaz əmlak sığorta olunmazsa, sahibi 200 manatadək cərimələnə bilər. Yoxlamanın kimin edəcəyi və ya cərimənin hansı qurum tərəfindən tətbiq ediləcəyi ilə bağlı isə hər hansı məlumat qeyd olunmayıb.
Paytaxt ərazisində keçirdiyimiz sorğu zamanı aydın oldu ki, bəzi vətəndaşlar artıq mənzillərini icbari sığorta etdirib. Ancaq prosesdən xəbərsiz olanlar da az deyil.
Azərbaycan sığortaçılar Asosiassiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov deyir ki, vətəndaşlara bu cür bildirişlər adətən müstəqil sığorta şirkətləri tərəfindən göndərilir.
Onun sözlərinə görə, istər yaşayış, istərsə də qeyri yaşayış obyektləri icbari sığorta haqqında qanuna əsasən sığortalanmalıdır.
Emil Ağabağırov deyir ki, sığorta sistemini elektronlaşdırılması mülk sahibi ilə yanaşı müvafiq qurumların da işini asanlaşdırır.
Sığorta məsələləri üzrə mütəxəssis onu da əlavə edib ki, Bakı şəhərində yerləşən yaşayış obyektlərinin icbari sığortası üzrə tariflər paytaxt və regionlar üçün 30 manatdan 50 manata qədər dəyişir. Dəymiş zərərin ödənilməsi zamanı sığorta təminatı isə 15 - 25 min manat arasındadır.
Daha ətraflı videomaterialı təqdim edirik:
-
Yaxın Şərq01:35
Qəzzada atəşkəs razılaşması bu tarixdə qüvvəyə minəcək
-
Qoroskop00:55
Günün qoroskopu: bu qərarlar sizə qazanc gətirə bilər
-
Yaxın Şərq00:15
Atəşkəs razılaşması Qəzzada böyük coşqu ilə qarşılandı - VİDEO
-
Nida Xəbər 15 Yanvar 22:56
Ermənistan XİN uydurma açıqlamalar verməklə məşğuldur - Rəsmi Bakı
-
İdman15 Yanvar 22:20
Juninyonun “Flamenqo”ya transferi rəsmiləşdi
-
MDB15 Yanvar 20:45
Moskvadan uçan təyyarədə bomba həyəcanı
-
Magazin115 Yanvar 19:45
Çimnaz Sultanova vəfat etdi
-
İKT15 Yanvar 19:35
"Instagram"da problem yarandı