ABŞ-la Şimali Koreya arasında YENİ RAZILAŞMA
Bizi izləyin

ABŞ

ABŞ-la Şimali Koreya arasında YENİ RAZILAŞMA

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya səfər edib.

Publika.az xəbər verir ki, bu barədə Reuters agentliyinə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Səfər çərçivəsində M.Pompeo KXDR lideri Kim Çen In ilə görüşüb. Məlumata əsasən, Vaşinqton və Pxenyan iki ölkə arasında işçi qrupların yaradılması barədə razılığa gəliblər, o cümlədən Koreya yarımadasının tam nüvəsizləşdirilməsi məsələsi üzrə. Qeyd olunur ki, məsləhətləşmələr zamanı M.Pompeo ABŞ prezidenti Donald Trampla telefon əlaqəsi saxlayıb.

Bu, ABŞ dövlət katibinin Pxenyana sayca üçüncü səfəridir. M.Pompeo bu gün Tokioya səfər edərək Yaponiyanın xarici işlər naziri Taro Kono və Cənubi Koreyanın XİN rəhbəri Kan Gön Kva ilə görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm