Trampdan Melaniyanı qısqandıracaq SÖZLƏR: O, cazibədarlığı ilə məni məst etdi
Bizi izləyin

ABŞ

Trampdan Melaniyanı qısqandıracaq SÖZLƏR: O, cazibədarlığı ilə məni məst etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kraliçası ikinci Yelizavetanı cazibədar və möhtəşəm qadın adlandırıb.

Publika.az xəbər verir ki, "Daily Mail" nəşrinə müsahibə verən prezident üstün zəkaya və bu qədər enerjiyə sahib kraliça ilə görüşündən məmnun olduğunu deyib:

"Nəhayət ki, bu möhtəşəm qadınla görüşdük. O, hər kəsi özünə məftun edə biləcək zəkaya və enerjiyə sahibdir. O qədər ağıllı qadındır ki, hər kəsin diqqətini öz üzərinə çəkə bilib. Bu qədər gözəl və cazibədar olduğunu təsəvvür etmirdim. Onunla nəhayət ki, üz-üzə görüşməyimə şadam. Bu, mənim üçün böyük şərəfdir".

Tramp onu da qeyd edib ki, mərhum anası, Meri Enn Tramp (1912-2000) Şotlandiyada Hebrid adalarında doğulub. Anasının kraliçanın zərifliyinə aşiq olduğunu deyən prezident ikinci Yelizavetaya rəğbətinin bir az da bu səbəbdən olduğunu gizlətməyib:

"Mən anamın sizə nə üçün bu qədər heyran olduğunu bu gün başa düşdüm. Çox istərdim ki, anam bu gün burada bu shnəni görsün".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm