ABŞ
ABŞ Kongresiden qalmaqallı Türkiyə həmləsi
ABŞ Konqresi S-400 müdafiə sistemlərinin alınması haqqında hesabat təqdim olunana kimi Türkiyəyə "F-35" qırıcıları daxil olmaqla, digər müdafiə sənayesi məhsullarının, eləcə də bütün növ silah sistemlərinin satışına müvəqqəti qadağa tətbiq edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın 2019-cu il üçün hazırlanan Müdafiə Büdcəsi haqqında qanun layihəsində bu barədə xüsusi maddə nəzərdə tutulub. Qanunun layihəsinə əsasən, qanun qüvvəyə mindiyi andan etibarən 90 gün müddətində ABŞ-ın Müdafiə Nazirliyi iki ölkə arasındakı (Türkiyə-ABŞ) münasibətləri özündə əks etdirən hesabatı Konqresə təqdim etməlidir.
İlkin ehtimallara görə, nəzərdə tutulan hesabatda ABŞ Müdafiə Nazirliyinin Türkiyənin Rusiyadan "S-400" tipli müafiə sistemlərini almasının iki ölkə arasındakı hərbi münasibətlərə təsiri, bundan başqa Ankaranın "F-35" tipli yeni nəsil döyüş təyyarəsi proqramından çıxarılmasının ABŞ sənayesinə təsirləri qiymətləndiriləcək.
Türkiyəyə "F-35" təslimatının tamamilə dayandırılmasını nəzərdə tutan qanun layihəsinin qüvvəyə minməsi üçün qanunu son olaraq Tramp təsdiqləməlidir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın sözügedən qanun layihəsinin əleyhinə olduğu bildirilir. Türkiyənin layihədəki rolunun önəmi ondan ibarətdir ki, dünyanın aparıcı silah istehsalçısı Loked Martin tərəfindən inkişaf etdirilən "Müştərək Hücum Proqramı" çərçivəsindəki beşinci nəsil döyüş təyyarəsi "F-35 Lightning" II layihəsinə 2002-ci ildə daxil olub. Bundan başqa, Türkiyə, F-35 döyüş təyyarələrinin bəzi hissələrini tədarük etmək və öz hərbi donanmasına 116 ədəd təyyarə əlavə etmək üçün etdiyi sifarişlərə ümumi olaraq 25 milyard dollar həcmində vəsait xərcləyib.
Könül
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi