Makronun çıxışına Trampdan ŞOK REAKSİYA - Dünyada FIRTINA QOPDU
Bizi izləyin

ABŞ

Makronun çıxışına Trampdan ŞOK REAKSİYA - Dünyada FIRTINA QOPDU

Fransa prezidenti Emmanuel Makronun paytaxt Parisdə I Dünya Müharibəsinin sona çatmasının 100-cü ildönümü mərasimi çərçivəsində bazar günü etdiyi çıxış geniş müzakirələrə səbəb olub. Prezidentin "Atəşkəs çıxışı" ilə ötən ay bir mitinqdə özünü millətçi elan edən və hər kəsin ona bu cür xitab etməsini istəyən ABŞ prezidenti Donald Trampı hədəf aldığı iddia edilib.

Publika.az xəbər verir ki, Makronun milliyətçiliyi “vətənsevərliyə xəyanət” kimi dəyərləndirdiyi çıxışını dinləyən Trampın davranışları sosial mediada fırtına qoparıb.

“Zəfər Tağı”nın önündə dünyanın 70 liderinə xitab edən Makron milliyətçiliyi müharibənin əsas qaynaqlarından biri kimi göstərib. O, Fransanın nasistlərə qarşı mübarizəsinin komandiri və daha sonra prezident olan Şarl de Qollun “Vətənsevərliklə milliyətçilik arasındakı fərq, birincisi, özümüzə bənzəyənləri sevmək, ikincisi, bizə bənzməyənlərdən nifrət etmək deməkdir” sözlərini xatırladıb. Makron böyük müharibəni başladan iblislərin yenidən “xortladığına” işarə edib.

Fransa prezidenti bu sözləri deyərkən Donald Trampın üz mimikaları və davranışları gözdən qaçmayıb.

“NBC Nyuz”un müxbiri Monika Alba “Makron milliyətçiliyi pisləyərkən Trampın reaksiyasının birbaşa fotoları” şərhi ilə ABŞ prezidentinin fotolarını paylaşıb.

MKİ və NSA-nın sabiq direktoru Maykl Hayden də Makronun Trampı hədəfə aldığını təsdiq edib: “Bəli, səndən bəhs edir”.

Bəzi sosial media istifadəçiləri isə sülh istəyən bütün insanların adına Trampa cavab verdiyi üçün Makrona təşəkkür edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm