Qaşıqçının ölüm anındakı səs qeydləri Trampı ŞOKA SALDI - Dəhşətli ANLAR
Bizi izləyin

ABŞ

Qaşıqçının ölüm anındakı səs qeydləri Trampı ŞOKA SALDI - Dəhşətli ANLAR

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən jurnalist Camal Qasıqçı cinayətinə dair açıqlama verib.

Publika.az xəbər verir ki, “France Presse” agentliyinin (AFP) yazdığına görə, Tramp cinayətə aid səs qeydlərini dinləmək istəmədiyini bildirib.

ABŞ-ın “Foks” telekanalına danışan prezident Qaşıqçının öldürülməsi ilə əlaqədar ona geniş məlumat verildiyini, lakin səs qeydlərini dinləmək istəmədiyini söyləyib. Tramp qeydlərin son dərəcə ağrılı, dəhşətli, şiddətli və təcavüzkar olduğunu deyib.

Qeyd edək ki, iki gün əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) mənbəyə istinadən “Vaşinqton Post” nəşri yazdığına görə, MKİ Qaşıqçının ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyi qənaətinə gəlib.

“Bu işin içində şahzadənin olduğuna dair dəlillər ABŞ prezidenti Donald Trampa gizlicə göstərildi, ancaq Trampın cinayət əmrini Məhəmməd bin Salmanın verdiyinə dair hələ şübhələri var idi”, - mənbə bildirib.

Qeyd edilir ki, Ağ Evin başçısı MKİ və Dövlət Departamentinin rəhbərliyindən Qaşıqçının cəsədinin harada olduğunu soruşub, lakin cavab almayıb.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Baş Prokurorluğu Qaşıqçının cinayəti ilə bağlı şok detalları açıqlayıb. Prokurorluq Qaşıqçının cəsədinin parçalanaraq İstanbuldakı baş konsulluqdan çıxarıldığını etiraf edib. Açıqlamada Qaşıqçının ölümündə boğulmanın və öldürücü dozada verilən dərmanın təsiri olduğunu bildirib.

Prokurorun açıqlamasına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məsləhətçisi Səud əl Kahtaniyə Qaşıqçını ölkəyə geri qaytarmaq əmri verilib. Ölkəyə geri qaytarılması təmin olunmadıqda isə öldürülüb. Ölüm əmrini İstanbula göndərilən komandanın başçısı verib. Kahtaninin ölkədən çıxışı qadağan edilib.

Cinayətdə adları çəkilən 11 şübhəlidən 5-nin edam edilməsi tələb olunub.

Xatırladaq ki, Qaşıqçı oktyabrın 2-də öIdürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm