Tramp gününü necə keçirir? - Telefon danışıqları və...
Bizi izləyin

ABŞ

Tramp gününü necə keçirir? - Telefon danışıqları və...

Ağ Evdə işləyən rəsmi şəxslərdən biri prezident Donald Trampın son 3 ayı əhatə edən gündəlik proqramını mediaya sızdırıb.

Publika.az xəbər verir ki, ABŞ mediasında yer alan məlumata görə, Tramp Ağ Evdəki gündəlik proqramının 60 faizini “xüsusi vaxt” kimi keçirir.

Prezidentin gündəlik proqramını yayımlayan Axios xəbər saytı iddia edir ki, hər gün saat 08:00-dan 11:00-dək Oval Ofisdə gündəlik brifinqlərdə iştirak etməli olan Tramp səhər saat 06:00-da oyansa da, işə saat 11:00-da ancaq gələ bilir.

Hər səhər Ağ Evin iqamətgah qismində 5 saat “xüsusi vaxt” keçirən Tramp bu müddətdə televizor izləyir, qəzet oxuyur , telefonla danışır və tvitterdə vaxt keçirir.

Proqramındakı “xüsusi vaxt” maddəsi Trampın gündəlik proqramdan sıxıldığına görə əlavə edilib.

Bu xəbərdən sonra Ağ Ev sözçüsü Sarah Sanders sayta rəsmi açıqlama göndərib.

Açıqlamada bildirilir ki, Tramp “xüsusi vaxt” hissəsini çox yaxşı dəyərləndirir:

“Tramp fərqli liderlik xüsusiyyətlərinə malikdir və nəticələr də bunu göstərir. Son vaxtlar günün əsas hissəsini iclaslar, tədbirlərdə keçirir. Bütün bunlar prezident Trampın müasir dövrün ən məhsuldar prezidenti olmasına kömək edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm