Trampdan kritik TELEFON ZƏNGİ: "Tələsmirəm"
Bizi izləyin

ABŞ

Trampdan kritik TELEFON ZƏNGİ: "Tələsmirəm"

ABŞ prezidenti Donald Tramp Cənubi koreyalı həmkarı Mun Çje İn ilə telefonda danışıb.

Publika.az xəbər verir ki, Ağ Ev bu telefon görüşməsi ilə bağlı yazılı açıqlama yayıb.

Açıqlamada Donald Trampın Mun Çje İn ilə fevralın 27-28-də Vyetnamda Şimali Koreya lideri Kim Çen In ilə keçirəcəyi görüşü müzakirə etdiyi bildirilib.

Bundan başqa, Donald Tramp Ağ Evdə mətbuat nümayəndələrinə Şimali Koreya ilə bağlı açıqlamalar verib. Prezident Şimali Koreyanın nüvə silahlarından təmizlənməsi mövzusunda tələsmədiyini bildirib və müddətlə bağlı hər hansı təzyiqin olmadığını dilə gətirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm