Rusiyaya növbəti ZƏRBƏ: Trampın əmri gözlənilir
Bizi izləyin

ABŞ

Rusiyaya növbəti ZƏRBƏ: Trampın əmri gözlənilir

ABŞ Skripal işinə görə Rusiyaya qarşı yeni sanksiyaları hazırlayıb.

Publika.az xəbər verir ki, bu haqda iki məlumatlı mənbəyə istinadən “Blomberg” agentliyini bildirib.

Məlumata görə, Dövlət Departamenti və Maliyyə Nazirliyi sanksiyaların yeni paketi üçün Ağ Evin razılığını gözləyir.

Qeyd edək ki, Böyük Britaniya polisi artıq beş rusiyalını Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş zabiti Sergey Skripalın zəhərlənməsində günahkar hesab edir. Noyabrın əvvəlində Dövlət Departamenti ABŞ Konqresinə məlumat verib ki, Rusiya “Kimyəvi və Bioloji Silahların Nəzarəti və Aradan Qaldırılması Qanunu”n tələblərini yerinə yetirməyib. Dövlət Departamentinin iddiasına görə, Rusiya hökuməti beynəlxalq hüququ pozaraq öz vətəndaşlarına qarşı kimyəvi və ya bioloji silah istifadə edib. Bununla əlaqədar ABŞ Rusiyaya qarşı sanksiyaların ikinci paketini tətbiq etmək niyyətindədir. Hazırda Dövlət Administrasiyası onları Konqreslə müzakirə edir. Bu qanun çərçivəsində sanksiyaların birinci paketi 2018-ci il avqustun 27-də qəbul edib.

Daha əvvəl “RİA-Novosti” agentliyinə Amerika ekspertləri bildiriblər ki, Solsberi hadisəsi ilə əlaqədar Rusiyaya qarşı ABŞ-ın sanksiyalarının ikinci hissəsinin tətbiqi haqqında qərar istənilən vaxt qəbul edilə bilər.

“Bu, yeni Konqresin prioritetlərindən, bütövlükdə Rusiya-Amerika münasibətlərindən asılıdır. İki ölkə arasında daha bir neqativ hadisə, ehtimal ki, prosesi sanksiyaların tətbiqinə itələyəcək”, - ABŞ-ın Hadson İnstitutunun Hərbi-Siyasi Təhlil Mərkəzinin direktoru, “Valday” diskusiya klubunun eksperti Riçard Uayts deyib.

Vaşinqtondakı Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya proqramlarının rəhbəri Olqa Olikerin fikrincə, sanksiyalarla bağlı qərarın gecikməsi sadəcə onunla bağlıdır ki, administrasiyada əsasən nə etmək barədə hələ razılaşmayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm