Onlar təhlükəsiz şəraitdə qala bilməyəcəklər - İrandan TƏHDİD
Bizi izləyin

ABŞ

Onlar təhlükəsiz şəraitdə qala bilməyəcəklər - İrandan TƏHDİD

ABŞ belə bir axmaq işə əl atıb, milli təhlükəsizliyimizi təhlükəyə salsa, cavab tədbirləri görməyə başlayacağıq.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu SEPAH-ın baş komandanı Məhəmmədəli Cəfəri Vaşinqtonun sözügedən hərbi birliyi "terrorçu qruplaşmalar siyahısı"na daxil etmək niyyəti ilə bağlı yayılan məlumatlar haqda deyib.

"Vəziyyət belə olacağı təqdirdə, ABŞ-ın Qərbi Asiyadakı ordusu və hərbi qüvvələrinin dincliyi, sabitliyi pozulacaq, onlar artıq təhlükəsiz şəraitdə qala bilməyəcəklər”, - Məhəmmədəli Cəfəri bildirib.

Qeyd edək ki, ABŞ mediası Vaşinqtonun İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa hazırlaşdığını yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm