Rusiyanın hədəfi amerikalıları... - Amerika kəşfiyyatı
Bizi izləyin

ABŞ

Rusiyanın hədəfi amerikalıları... - Amerika kəşfiyyatı

Rusiya da daxil olmaqla, bir neçə ölkə Amerika siyasətinə təsir etməyə çalışır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatının nümayəndəsi bildirib.

“Biz Amerika siyasi atmosferinə təsir üzrə bir neçə ölkənin səylərini izləyirik. Onlar potensial olaraq seçkilərin nəticəsinə təsir edə bilərlər”, - o telefon brifinqinin gedişatında deyib.

Kəşfiyyatın nümayəndəsi qeyd edib ki, Rusiya onun təsiri altında olan KİV-dən bu hədəf üçün fəal istifadə edir.

“Rusiyanın hədəfi amerikalıları bir-birinə qarşı qoymaqdır. Çünki, hesab edirlər ki, hazırda bölünmüş Amerika onların maraqlarına uyğundur”, - o əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm