ABŞ-dan yeni Türkiyə açıqlaması: Tramp üzgündür, amma...
Bizi izləyin

ABŞ

ABŞ-dan yeni Türkiyə açıqlaması: Tramp üzgündür, amma...

“Necə bir sanksiya tətbiq edəcəyimiz mövzusunda hələ ki dəyərləndirməmiz yoxdur və əvvəldən də müəyyən edə bilmirik”.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus deyib.

Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə bağlı danışan sözçü bildirib ki, məsələ dövlət katibi Mayk Pompeo və prezident Donald Trampın diqqətindədir: “Baş katib və prezident ABŞ-ın CAATSA proqramı çərçivəsində bütün variantları müzakirə edir. Nəticələrin nə olacağını açıq şəkildə bildirmişik. Türkiyənin F-35 təyyarələri əldə edə bilməyəcəyini də prezident Trampın çıxışında bir daha gördünüz. Necə bir sanksiya tətbiq edəcəyimiz mövzusunda hələ ki dəyərləndirməmiz yoxdur və əvvəldən də müəyyən edə bilmirik. Baş katib və prezident ABŞ qanunları çərçivəsində durumu şərh edərək lazımi qərarı verəcək”.

Qeyd edək ki, Donald Tramp Türkiyənin ABŞ-dan deyil, Rusiyadan silah almasının günahkarı olaraq sələfi Barak Obama Administrasiyasını günahlandırır. Üstəlik, bu səbəbdən Türkiyənin pulunu ödədiyi F-35 təyyarələrini əldə edə bilməməsindən üzgünlüyünü ifadə edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm