ABŞ
Tramp Pompeonu “vurmaq” üçün Türkiyəni... - SENSASİON İDDİA
ABŞ-ın Türkiyəyə qarşı tətbiq etmək istədiyi sanksiyalar əslində Vaşinqton kulislərindəki siyasi qarşıdurmanın bir hissəsidir.
Publika.az xəbər verir ki, bu barədə “Time” nəşri yazıb.
Nəşr hesab edir ki, prezident Donald Tramp Türkiyəyə qarşı tətbiq edilməsi planlaşdırılan sanksiyalardan əslində dövlət katibi Mayk Pompeoya qarşı istifadə edir.
“Trampın 2,5 illik prezidentlik dövründə Pompeo ilə heç bir fikir ayrılığı olmayıb. Lakin Türkiyənin S-400 sistemlərini almasından sonra Trampla Pompeo arasında münasibətlər kəskinləşdi. Pompeo iyulun 14-də Türkiyəyə qarşı sanksiyaların tətbiq ediləcəyini açıqladı, lakin Tramp Administrasiyasından yüksək vəzifəli rəsmilərdən biri Türkiyəyə qarşı sanksiyaların tətbiqi məsələsinin gündəmdə olmadığını bildirdi. Dövlət Departamentinin rəsmilərindən biri də sanksiyaların olmayacağını dedi”.
Nəşr Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə senator Lindsey Qraham arasında telefon danışığına diqqət çəkərək, Pompeonun türkiyəli həmkarı ilə “görüşməməsini” vurğulayıb. İddialara görə, Tramp Lindsey Qrahamı Pompeonun yerinə gətirmək istəyir.
“Bu proseslər “Tramp S-400 mövzusundan öz maraqları üçün istifadə edir, sanksiyalar əslində olmayacaq” sualını gündəmə gətirir”, - nəşr qeyd edir.
Asif
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO