• USD 1,7000 0,00% EUR 1,8352 0,00%
    • GBP 2,1921 0,00% RUB 0,0265 0,00%

ABŞ prezidentinin köməkçisinin oğlu haqqında ŞOK FAKTLAR: Ukraynada...

  • ABŞ
  • 25 Sentyabr 2019 17:40
  • 639 Baxış
ABŞ prezidentinin köməkçisinin oğlu haqqında ŞOK FAKTLAR: Ukraynada...

2020-ci il ABŞ prezident seçkilərində Donald Trampın ən böyük rəqiblərindən biri kimi dəyərləndirilən Co Baydenin oğlu Hanter Bayden ilə bağlı üzə çıxan faktlar ABŞ-ı silkələyib.

Publika.az xəbər verir ki, Hanter Baydenin Ukraynanın ən böyük energetika şirkətlərindən olan “Burisma Holdings”də işləməsi ABŞ siyasətində müzakirə mövzusu olub.

Onun 2014-cü ildən 2019-cu ilin aprel ayına qədər holdinqin idarə heyətində üzv olması, 2009-2017-ci illərdə isə atasının Ukraynada vəzifədən sui-istifadəyə qarşı mübarizəyə dəstək verməsi diqqət çəkib.

ABŞ-ın Delaver ştatındakı katolik liseydə təhsil alan Hanter Bayden 1992-ci ildə Corctaun Universitetinin Tarix Fakültəsini bitirib. 1996-cı ildə isə Yale Universitetinin huquq diplomuna yiyələnib. O, sabiq ABŞ prezidenti Bill Klinton və Corc Buşun Administrasiyasında əhəmiyyətli vəzifələrdə çalışıb. 2006-cı ildə Vaşinqtonda lobbiçilik fəaliyyəti ilə məşğul olub. Corc Buş tərəfindən 2006-cı ildə ölkənin ən böyük dəmir yolu şirkəti “Amtrak”ın idarə heyətinin üzvü olan Hanter 2008-ci ildə Barak Obamanın ABŞ prezidenti və atası Co Baydenin onun köməkçisi seçilməsi səbəbilə bu vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.

2009-cu ildə “Rosemont Seneca Partners” adlı sərmayə şirkətini qurub. Bunun sayəsində Rusiya və Çin ilə ticarət bağlantılarını inkişaf etdirib.

Pyotr Poroşenkonun 2014-cü ildə Ukrayna prezidenti seçilməsindən sonra ABŞ prezidenti Barak Obama iki ölkə arasındakı münasibətləri qüvvətləndirmək və Ukraynadakı vəzifədən sui-istifadə ilə mübarizəyə dəstək vermək məqsədilə Co Baydenə tapşırıq verib.

Bu tarixdən bir ay əvvəl Hanter Bayden Ukraynanın ən böyük özəl təbii qaz istehsalçısı olan “Burisma Holdings”in idarə heyətinə üzv olub. “Bursima Holdings” tərəfindən 12 may 2014-cü ildə verilən açıqlamaya görə, Bayden şirkətin hüquq bölməsində yer alacağı və firmanın beynəlxalq münasibətlər sahəsində dəstək verəcəyi qeyd edilib. Bu vəzifədə ayda 50 min dollar maaş aldığı bildirilən Bayden vəzifə müddəti başa çatdıqdan sonra, bu ilin aprel ayında şirkətdən ayrılıb.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenskidən Hanter Baydenin keçmişinin araşdırılmasını istədiyi iddia edilmişdi.

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu Yorkda olan Zelenski Rusiya mətbuatına verdiyi açıqlamada Trampla görüşü zamanı ondan heç nə istəməyəcəyini dilə gətirib: “ Dəstək haqqında danışa bilərik. Amma ondan nəsə istəmək Ukrayna üçün düzgün deyil. Ukrayna yeni, güclü ölkədir. Kimsədən bir şey istəməz. Biz başqalarına köməkçi ola bilərik. Kimsə də mənə təzyiq göstərə bilməz. Çünki mən müstəqil ölkənin prezidentiyəm. Mənə ancaq 6 yaşlı oğlum təzyiq göstərə bilər”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR