ABŞ müharibəyə hazırlaşır? - Müqavilənin şərtlərini pozdu və... - - VİDEO
Bizi izləyin

ABŞ

ABŞ müharibəyə hazırlaşır? - Müqavilənin şərtlərini pozdu və... - - VİDEO

ABŞ Hərbi Hava Qüvvələri 1987-ci ildə SSRİ ilə imzalanan “Orta Mənzilli Nüvə Qüvvələri” (INF) müqaviləsi çərçivəsində qadağan olunan ballistik raketi sınaqdan keçirib.

Publika.az xəbər verir ki, Hərbi Hava Qüvvələrindən verilən açıqlamaya əsasən, dünən yerli saatla 09:30-da şərti olaraq qurudan atılan ballistik raketin prototipi Kaliforniyadakı “Vanderberq” Hava Bazasında sınaqdan keçirilib. Raket 500 kilometr təsir mənzilini aşdıqdan sonra okeana düşüb.

Qeyd edək ki, ABŞ, Rusiyanın INF-in şərtlərini pozduğunu səbəb göstərərək razılaşmadan geri çəkildiyini açıqlamışdı. Rusiya Xarici İşlər Nazirliyi də öz növbəsində avqust ayının əvvəlində razılaşmanın rəsmi olaraq sona çatması barədə məlumat yaymışdı.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm