ABŞ-dan gərginliyi artıracaq daha bir HƏMLƏ: Zərifin getməməsi üçün...
Bizi izləyin

ABŞ

ABŞ-dan gərginliyi artıracaq daha bir HƏMLƏ: Zərifin getməməsi üçün...

ABŞ İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifə sanksiya tətbiq edib.

Publika.az xəbər verir ki, 9 yanvarda BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçiriləcək toplantısına qatılmaq üçün Zərifə viza verilməyib.

“Foreign Policy”in xəbərinə görə, Zərif toplantıda iranlı general Qasım Süleymaninin ABŞ tərəfindən qətlə yetirilməsi haqqında danışmaq məqsədilə viza üçün müraciət edib, amma cavab ala bilməyib.

Məsələ haqqında məlumatlı olan diplomatik mənbələrin sözlərinə görə, Tramp Administrasiyası BMT-nin Baş katibi Antonio Quterreşə zəng edib və Zərifin gəlişinə icazə verilməyəcəyini bildirib.

Xəbərdə ABŞ Dövlət Departamenti ilə BMT Daimi Nümayəndəliyinin açıqlama tələbinə cavab vermədiyi, BMT Baş Katibliyinin də məsələyə şərh vermədiyi qeyd olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm