Trampa 24 saat vaxt verildi - Vaşinqtonda TƏŞVİŞ
Bizi izləyin

ABŞ

Trampa 24 saat vaxt verildi - Vaşinqtonda TƏŞVİŞ

ABŞ Konqresinin Senatında Prezident Donald Trampın impiçment məsələsinə dair iclaslarda mütəhhim və ittiham olunan tərəfin sənədlərini ortaya qoymaları üçün 24 saat söz haqqı verilib.

Publika.az xəbər verir ki, bu barədə respublikaçı senator Mitç Makkonnel qətnamə hazırlayıb.

İctimaiyyətə açıqlanan qətnaməyə əsasən, çərşənbə günündən etibarən Senat gündəlik 12 saat olmaqla, 2 gün işləyəcək və hər iki tərəf arqumentlərini senatorların qarşısına qoyacaq.

Bundan sonra jüri müttəhim və ittiham edilən tərəfə suallarını ünvanlayacaq.

Trampın impiçmentinə dair iki maddəni təsdiq edən Nümayəndələr Palatasının demokratları bu qətnaməyə qarşı çıxsa da, Ağ ev prezidentin impiçmentinin tez müddətdə başa çatmasından məmnundur.

Qeyd edək ki, Makkonnelin qətnaməsinin səsverməyə çıxarılması və təsdiqi bu gün keçiriləcək iclasda baş tutacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm