ABŞ-dan Əsəd rejimini yıxıb-sürüyəcək sözlər: "Xalqın başına bombalar yağdıran..."
Bizi izləyin

ABŞ

ABŞ-dan Əsəd rejimini yıxıb-sürüyəcək sözlər: "Xalqın başına bombalar yağdıran..."

ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus tvitter hesabından Suriya ilə bağlı paylaşım edib.

Publika.az xəbər verir ki, sözçü qısa müddət əvvəl Hələb Hava limanının yenidən istifadəyə açıldığını açıqlayan Bəşər Əsəd rejimini sərt tənqid edib.

“Gecə-gündüz İdlib xalqının üzərinə bombalar yağdıran Əsəd utanmaz şəkildə Dəməşqdən “Hələb Qətliam Hava limanın”da qanlı uçuşlara yenidən başlandığını elan edir. Bu, Suriya xalqının xəyal etdiyi şey deyil. Onlar ölüm və dağıntının kabusu içində yaşayırlar”, - Ortaqus qeyd edib.

Qeyd edək ki, 2013-cü ildə suriyalı müxaliflərin Hələbi ələ keçirməsindən sonra hava limanı bağlanmışdı. 2017-ci ildə Əsəd rejiminin şəhəri girməsindən sonra sınaq uçuşları keçirilmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm